Amerika Birləşmiş Ştatları Hind-Sakit okean Komandanlığı (ing: United States Indo-Pacific Command (USINDOPACOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. Birləşmiş Ştatların Sakit Okean Komandanlığı (USPACOM) olaraq 1 yanvar 1947-ci ildə qurulmuşdur, 30 may 2018-ci ildə hal-hazırkı adını almışdır. Onun əməliyyat sahəsi ABŞ-nin qərb sahili ilə Hindistanın qərb sahilləri də daxil olmaqla Hind-Sakit okean bölgəsini əhatə edir. Mərkəzi Havay əyalətində yerləşən Aiea şəhərindəki H. M. Smith bazasında yerləşir.
Amerika Birləşmiş Ştatları Hind-Sakit okean Komandanlığı | |
---|---|
United States Indo-Pacific Command | |
Yaranma tarixi | 1 yanvar 1947 - aktiv şəkildə fəaliyyət göstərir |
Ölkə | ABŞ |
Tabedir | ABŞ Müdafiə Nazirliyi |
Daxildir | Vahid Döyüş Komandanlığı |
Sayı | 375,000[1] |
Hissə | ABŞ Müdafiə Nazirliyi |
Qərargah |
H. M. Smith Bazası, Hawaii, ABŞ |
Komandanlıq | |
Komandir | Admiral Philip S. Davidson |
pacom.mil | |
Vikianbarda əlaqəli mediafayllar |