ABŞ Müdafiə naziri (ing: Secretary of Defense of the United States of America; az: Amerika Birləşmiş Ştatları Müdafiə Katibi) ABŞ Müdafiə Nazirliyinin rəhbəridir[1][2][3] . Müdafiə naziri ölkənin müdafiə siyasətinə cavabdehdir və ABŞ Silahlı Qüvvələrində ABŞ Prezidentindən sonra ikinci vəzifəli şəxsdir[4] və Nazirlər Kabinetində ən vacib dörd nazirlikdən biridir.[5]
ABŞ Müdafiə naziri | |
---|---|
United States Secretary of Defense | |
| |
23 iyul 2019 tarixindən etibarən vəzifəsinin icrasına başlamış bugünkü Müdafiə naziri Mark Esper. Vəzifədədir ABŞ Prezidenti tərəfindən | |
Başçılıq edir | Amerika Birləşmiş Ştatları |
Rəsmi iqamətgahı | Pentaqon, Arlinqton, Virciniya, ABŞ |
Vəzifənin təsis tarixi | 19 sentyabr 1947 |
Vəzifədə birinci | James Forrestal |
Rəsmi saytı | defense.gov/Our-Story/Me… |
Vikianbarda əlaqəli mediafayllar |
Müdafiə naziri Birləşmiş Ştatlar prezidenti tərəfindən təyin edilir və Birləşmiş Ştatlar Senatı tərəfindən təsdiqləndikdən sonra vəzifəsinə başlayır[6]. bugünkü Müdafiə naziri vəzifəsinin icrasına 23 iyul 2019 tarixindən etibarən başlamış Mark Esperdir.