Amerika Birləşmiş Ştatlarının Müharibə Departamenti və ya ABŞ Müharibə Departamenti (ing. Department of War və ya ing. War Department, keçmiş adı ilə ing. War Office) — 1789-1947-ci illər arasında Amerika Birləşmiş Ştatlarının Ordusunun koordinasiyasına cavabdeh olan ABŞ federal hökumətinin keçmiş icraedici şöbəsi olmuşdur. 7 avqust 1789-cu ildə Corc Vaşinqton[1] tərəfindən təsis edilmişdir. 1798-ci ildə Hərbi Dəniz Qüvvələri Departamenti yaradılmazdan əvvəl o, dəniz işlərinə də cavabdeh idi. Ona Hərbi Nazir (ing. Secretary of War və ya ing. War Secretary ) rəhbərlik edirdi.
ABŞ Müharibə Departamenti | |
---|---|
Yaranma tarixi | 1789 |
Ləğvolma tarixi | 18 sentyabr 1947 |
Mərkəzi | |
Vikianbarda əlaqəli mediafayllar |
1947-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Qanunu ilə Müharibə Departamenti Quru Qoşunları Departamentinə və Hərbi Hava Qüvvələri Departamentinə bölünmüşdür: Hərbi Dəniz Qüvvələri Departamenti ilə bərabər Milli Müharibə Departamentinin bir hissəsinə çevrildi və 1949-cu ildə Müdafiə Departamenti adlandırıldı.