Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (ing. United States Central Command; USCENTCOM və ya CENTCOM) Birləşmiş Ştatların Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 yanvar 1983-cü ildə qurulmuşdur. Sürətli Yerləşdirməli Müştərək Əməliyyat Qüvvələrinin (Rapid Deployment Joint Task Force — RDJTF) əvvəlki vəzifələrini öz üzərinə götürmüş və əməliyyat sahəsi Yaxın Şərq, xüsusilə İraq və Afrikada Misir, həmçinin Orta Asiyadakı Əfqanıstandır. Baza qərargahı Florida ştatının Tampa şəhərindəki MacDill Hərbi Hava Qüvvələrinin bazasında yerləşir.
ABŞ Mərkəzi Komandanlığı | |
---|---|
United States Central Command | |
Yaranma tarixi | 1 yanvar 1983 – hal-hazırda aktiv şəkildə fəaliyyət göstərir |
Ölkə | ABŞ |
Tabedir | ABŞ Müdafiə Nazirliyi |
Daxildir | Vahid Döyüş Komandanlığı |
Hissə | ABŞ Müdafiə Nazirliyi |
Qərargah |
MacDill Hərbi Hava Qüvvələrinin bazası Tampa, ABŞ |
Komandanlıq | |
Məşhur komandirləri | General Kenneth F. McKenzie Jr.[1] |
centcom.mil | |
Vikianbarda əlaqəli mediafayllar |
Komandanlıq bir çox hərbi əməliyyatlarda, o cümlədən 1991-ci ildə İraqdakı Çöl Fırtınası Əməliyyatında, Əfqanıstan müharibəsi və Səddam Hüseynin devrilməsi ilə nəticələnən İkinci İraq müharibəsində Amerikanın əsas iştirakçı qüvvəsi rolunu oynamışdır. 2015-ci ildən etibarən CENTCOM qüvvələri ilk növbədə Əfqanıstan, İraq və Suriyada yerləşdirilir.