ABŞ Prezident seçkiləri (2012)

ABŞ Prezident seçkisi (2012) (ing. United States presidential election of 2012) — 6 noyabr 2012-ci il tarixində ABŞ-də keçirilmiş, sayca 57-ci prezident seçkisi. ABŞ Demokrat Partiyası 2012-ci il üçün ilkin seçkilər keçirməmiş, ABŞ Prezidenti Barak Obamanın namizədliyini irəli sürmüşdür.

← 2008  ABŞ  2016 →
ABŞ-də prezident seçkiləri (2012)
6 noyabr 2012
Namizəd Barak Obama Mit Romni
Partiya Demokratlar Respublikaçılar
Səslər 65,915,795
(51,1%)
60,933,504
(47,2%)

Nəticə Demokratlar Partiyasının prezidentliyə namizədi Barak Obama 51,1% səs toplayaraq prezident seçildi.

ABŞ-də hər 10 ildən bir keçirilən əhalinin siyahıya alınması, sonuncu dəfə 2010-cu ildə keçirilmişdir. Belə siyahıya alınmaya əsasən hansı ştatın nə qədər nümayəndə vermək hüququ olduğu müəyyən edilir. ABŞ Prezident Seçkilərinin ən önəmli cəhəti hər bir ştatdan əldə olunan nəticənin, ümumi nəticədən üstün tutulmasıdır. Buna misal olaraq, 2000-ci ildə keçirilən seçkiləri göstərmək olar. Həmin seçkilərdə Corc Uoker Buş 50.456.002 onun rəqibi Albert Qor isə 50.999.897 seçinin səsini toplamışdır. Ümumi seçkini Albert Qor qazansa da, 30 ştatda üstünlük əldə etmiş Corc Uoker Buş prezident seçilmişdir. Bu baxımdan ümumi say çoxluğundan daha çox, ayrı-ayrı ştatlarda üstünlük qazanmaq, namizədlər üçün daha önəmlidir.

  • ABŞ Respublikaçılar Partiyasından rəsmən namizəd olan şəxslər:
  • Maykl Bahman, Minnesota ştatının yerli məclisinin üzvü. 4 yanvar, 2012-ci ildə namizədliyini qeri götürnmüşdür.
  • Herman Keyn, Godfather's Pizza restoranlar şəbəkəsinin rəhbəri, ABŞ Milli Restoranlar İttifaqının keçmiş prezidenti. 3 dekabr, 2011-ci ildə namizədliyini qeri götürnmüşdür.
  • Nyu Qinqric, Corciya ştatının yerli məclisinin keçmiş üvzü. (namizədliyi davam edir)
  • Con Huntsmen, ABŞ-nin Çindəki, sabiq səfiri və Yuta ştatının keçmiş qubernatoru
  • Qari Conson, Nyu-Meksiko ştatının keçmiş qubernatoru. 28 dekabr, 2011-ci ildə namizədliyini qeri götürnmüşdür.
  • Ron Pol, Texas ştatının yerli məclisinin üzvü. (namizədliyi davam edir)
  • Rik Perri, Texas ştatının qubernatoru. 19 yanvar, 2012-ci ildə namizədliyini qeri götürnmüşdür.
  • Mit Romni, Massaçusets ştatının sabiq qubernatoru. (namizədliyi davam edir)
  • Rik Santoryum, Pensilvaniya ştatının sabiq senatoru. (namizədliyi davam edir)
  • Tim Paulenti, Minnesota ştatının sabiq qubernatoru. 14 avqust, 2011-ci ildə namizədliyini qeri götürnmüşdür.

Ümumi vəziyyət

[redaktə | mənbəni redaktə et]

Hal-hazırda ABŞ Respublikaçılar Partiyası seçki prosesində daha fəal iştirak edir. Seçki marafonundan əvvəl 10 nəfər Respublikaçılar Partiyasından namizədliyini irəli sürmüşdü. Bunlardan 6-sı təbliğat prosesi zamanı namizədliklərini qeri götürnmüşdür. 2012-ci ilin fevral ayından etibarən ABŞ Respublikaçılar Partiyasının vahid namizədi olmaq uğrunda dörd nəfər mübarizə aparır. Eskpertlərin fikrincə, 4 nəfər əsas namizəd arasında, ən zəif nəticə Ron PolNyu Qinqricə məxsusdur. Digər iki namizəd olan Mit RomniRik Santoryum isə bərabər şəkildə mübarizə aparırlar. Son praymerzlərdə, Mit Romninin bir-birinin ardınca qələbə qazanması onun şansını daha da artırmışdır. Ümumən 2012-ci il ABŞ Prezident Seçkisində Barak Obamanın əsas rəqibi kimi Mit Romni göstərilir.

2012-ci ildə ABŞ Respublikaçılar Partiyasının seçki qurutlayı 27–31 avqust tarixində keçirləcəkdir. Qurultayın keçiriləcəyi şəhər hələ seçilməmişdir. Pyoniks, Solt Leyk Siti və Tampa şəhərləri arasında seçim aparılır.[1] ABŞ Demokrat Partiyasının seçki qurultayı 3–7 sentyabr tarixlərində keçirilməsi nəzərədə tutulur. Qurultayın keçiriləcəyi şəhər kimi Dallas və Şarlotta şəhərləri arasında seçim edilir.[2]

  1. "RNC Narrows Convention Site List to Three". 2010-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-22.
  2. "Dallas officials consider bidding for 2012 political conventions". 2008-12-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-22.