ABŞ Strateji Neft Ehtiyatı

ABŞ Strateji Neft Ehtiyatı - (ingilis. Strategic Petroleum Reserve, SPR) ABŞ-də Meksika körfəzi boyunca TexasLuiziana ştatlarının ərazisindəki dörd təbii yeraltı anbarda (duz qübbələri) saxlanılan neft ehtiyatı. Meksika körfəzinə yaxınlıq həm neft nəqlini asanlaşdırır (idxal və dənizdə), həm də inkişaf etdirilmiş neft boru kəmərləri sistemi və tankerlərdən istifadə imkanları səbəbindən bir çox neft emalı zavodlarına göndərilmənin məsrəfini xeyli azaldır[1].

Strategic Petroleum Reserves, United States, 2018

1975-ci ildə ABŞ Konqresinin qərarı ilə, 1973-cü il neft böhranından sonra yaradılıb. Neft ehtiyatı ilk dəfə 1991-ci ildə, Fars körfəzi müharibəsi dövründə istismar edilmişdir.

ABŞ neft ehtiyatları dünyada bu qəbildən ən böyüyüdür.

  • 2004-cü ilin mayı - 659,5 milyon barel.
  • 2007-2008-ci illərdə ehtiyatlar orta hesabla gündə 70 min barel artırıldı [2].
  • 2008-ci il 16 may - 702,7 milyon barel.
  • 2009-cu il 11 may - 725.1 milyon barel [3].
  • 2013-cü ildə 695,9 milyon barel [4]

2015-ci ildə ABŞ Senatında 2018-2025-ci illərdə 101 milyon barel neft satılması və nəqliyyat layihələrini maliyyələşdirmək üçün 9 milyard dollar əldə etməyə imkan verən bir qanun layihəsinə baxıldı[5]. 2015-ci ilin iyul ayında strateji ehtiyat 692 milyon barel, ticari neft ehtiyatları isə 465.8 milyon barel təşkil etmişdir[6].

2019-cu ildə ABŞ-nin Strateji Ehtiyatlarında strateji neft ehtiyatlarının təxminən üçdə biri bakteriya ilə yoluxmuşdur. Rezervuarlarda olan bakteriyalar kükürdü (neftin tərkibində var) hidrogen sulfidinə çevirir [7].

Saxlanc anbarları

[redaktə | mənbəni redaktə et]

Əhəmiyyətli həcmli ehtiyatlar Meksika körfəzi yaxınlığında, böyük neft emalı mərkəzlərinin yaxınlığında 4 obyektdə saxlanılır. Hər bir obyekt duz qübbələrində yaradılan bir neçə süni yeraltı boşluqda yaradılıb. Onlar qazılmış və yaxud oradakı duz su ilə həll edilmişdir. Bəzi boşluqlar təxminən 1 kilometr dərinlikdə yerləşir, orta ölçüləri 60 metr enində və 600 metr uzununadı; hər birinin həcmi 6 ilə 37 milyon barel arasındadır (1 ilə 6 milyon kubmetr arasında). Anbarlarının yaradılması və təchiz olunmasına təxminən 4 milyard dollar xərclənmişdir.

ABŞ-nin Energetika Nazirliyi bu cür boşluqların istifadəsinin ənənəvi torpaq əsaslı anbar yerlərinin yaradılması ilə müqayisədə təxminən 10 qat daha ucuz olduğunu söyləyir [1].

  • Brayan Mound - Freeport, Texas. Cəmi 254 milyon barel, gündəlik ötürmə qabiliyyəti 1,5 milyon barel olan 20 boşluq [8][9].
  • Biq Hill - Vinni, Texas. Cəmi 160 milyon barel, gündəlik ötürmə qabiliyyəti 1,1 milyon barel. Genişləndirilərək 250 milyon (gündə 1.5) barel səviyyəsinə qaldırılması planlaşdırılır[9].
  • Vest Hakberri - Lake Carles, Luiziana. Cəmi 227 milyon barel, gündəlik 1.3 milyon barel ötürmə qabiliyyəti[9].
  • Bayou Çoctav - Baton Rouc, Luiziana. Ötürmə qabiliyyəti gündəlik 0,55 milyondan çox olmayan 76 milyon barel. Genişləndirilərək gündə 0.6 milyon barel ötürmə qabiliyyəti ilə cəmisi 109 milyon barel səviyyəsinə qaldırmaq planlaşdırılır[9].
  • Missisipi ştatının Riçton şəhərində 160 milyon barel həcmundə, gündə 1 milyon ötürmə qabiliyyəti olan anbar yerlərinin yaradılması planlaşdırılır [9]. Bu haqda 2007-ci ilin fevral ayında Energetika Naziri Samuel Bodman tərəfindən elan edilmişdir[10]. Layihənin reallaşmasına qarşı ciddi etirazlar mövcuddur[11].
  • 1999-cu ilə qədər İberiyada Viks İsland adlı cəmi tutumu 72 milyon barel olan anbar fəaliyyət göstərirdi.
  1. 1 2 М.В. Данилина, С.Ю. Ерошкин. Способы стабилизации финансовых поступлений в федеральные бюджеты зарубежных стран (PDF) // Научный журнал Российского газового общества. № 2. 2014. 105–115.
  2. США могут прекратить закупать нефть для стратегического резерва Arxivləşdirilib 2008-05-17 at the Wayback Machine — РБК, 2008-05-14
  3. Запасы нефти в США за неделю упали // УНИАН
  4. "Strategic Petroleum Reserve, Energy.gov". 2014-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  5. "Зачем США отказались от стратегических запасов нефти". Вести Экономика. 2015-07-23. 2019-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  6. Алексей Топалов. "США добивают баррель". Газета.Ру. 2015-07-09. 2015-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-29.
  7. "Отравленные резервы: стратегический нефтяной запас США протух" (rus). РИА Новости. 20190417T0800+0300. 2019-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-28.
  8. Clanton, Brett. "Go past guards for tour of U.S. oil reserve in Freeport". Houston Chronicle. May 27, 2008. June 29, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2012.
  9. 1 2 3 4 5 Strategic Petroleum Reserve Plan Expansion To One Billion Barrels Submitted To Congress (Page 5), United States Department of Energy, June 2007 (archive copy)
  10. "DOE - Fossil Energy Techline: DOE Takes Next Steps to Expand Strategic Petroleum Reserve to One Billion Barrels". US Department of Energy. December 8, 2006. February 26, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2012.
  11. Oil reserve site raises ire, Bush policy tested Arxivləşdirilib 2009-02-01 at the Wayback Machine, Reuters, Retrieved on May 16, 2008