ABDA

ABDAİkinci dünya müharibəsinin gedişində Cənub-Şərqi Asiyada əməliyyatların razılaşdırılması üçün 15 yanvar 1942-ci ildə yaradılmış ABŞ, Britaniya, HollandiyaAvstraliya silahlı qüvvələrindən ibarət (ing. American-British-Dutch-Australian (ABDA) adlarının baş hərflərindən götürülmüşdür) müttəfiqlər qoşunlarının komandanlığı.

ABDA müttəfiq komandanlığı həm dənizdə, həm də quruda hərbi əməliyyatlara rəhbərlik etməli idi. Ali baş komandan vəzifəsinə Britaniya generalı Arçibald Ueyvell, ABDA-nin hərbi donanmasının komandanı vəzifəsinə Amerika admiralı Tomas Xart təyin olunmuşlar. Quru qoşunlarına Hollandiya general leytenantı Xeyn ter Porten, aviasiyaya Britaniyanın aviasiya marşalı Riçard Pirs başçılıq edirdilər. Komandanlıq Niderland Ost-Hindinin paytaxtı Bataviyada yerləşirdi.

ABDA komandanlığı 21 fevral 1942-ci yapon qoşunları tərəfindən Yava adasının işğalı üçün təhlükə yaranması ilə əlaqədar ləğv olunmuşdur.[1] General Ueyvell Hindistanda və Birmada yerləşən Britaniya qoşunlarının komandanı təyin edilmişdir.

  • Морисон С. Э. Американский ВМФ во Второй мировой войне: Восходящее солнце над Тихим океаном, декабрь 1941 — апрель 1942. — М.: ACT; СПб.: Terra Fantastica, 2002.
  • Крозе А. Голландский флот во Второй мировой войне пер. с англ. А. Больных. ISBN 5-17-026035-0 (ООО "Издательство ACT"). ISBN 5-9577-1698-7 (ЗАО НПП "Ермак").
  • Черчилль У. Вторая мировая война М. АСТ 2005 г. ISBN 5–17-030806-X
  • Самуэль Элиот Морисон. Американский ВМФ во Второй мировой войне. Восходящее солнце над Тихим океаном, декабрь 1941 — апрель 1942. — М.: АСТ, 2002. — Т. 3. — 640 с. — (Военно-историческая библиотека). — 5000 экз.
  1. Черчилль У. Вторая мировая война М. АСТ 2005 г.