ADSL

ADSL modem

ADSL (ing.. Asymmetric Digital Subscriber Line[1] — asimmetrik rəqəmsal abunəçi xətti) — adi analoq telefon xətlərini yüksəksürətli qoşulma xətlərinə çevirən modem texnologiyası.[2]

İnkişaf tarixi

[redaktə | mənbəni redaktə et]

ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. O zaman İnteraktiv televiziyanı təmin edən texnologiyaların axtarışı aparılırdı. 1987-ci ildə Bellcore şirkəti xDSL texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın telefon şəbəkələrində işə saldı. Lakin sonradan şirkət parçalandı, texnologiya isə müvəqqəti istifadədən çıxdı.

Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə — ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə ADSL vasitəsilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradıldı.

Hal-hazırda ADSL daha sürətli Fast Ethernet texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Bunun səbəbi – ADSL şəbəkəsində ötürmə qabiliyyətinin məhdud olmasıdır, 24 Mbit/s (ADSL2+) abunəçi istiqamətində və abunəçidən 1.4 Mbit/s, belə ki, FastEthernet dolanmış naqil cütü üzərindən 100 Mbit/s, hətta 1Gbit/s (Gigabit Ethernet) sürəti ilə məlumatın ötürülməsini təmin edir.

ADSL texnologiyası üzrə məlumatın ötürülməsi adi analoq telefon xətti ilə, abunəçi qurğusu – ADSL modemi və ATS də bilavasitə abunəçinin xəttində quraşdırılmış multiplekserin (ing. DSL Access Multiplexer, DSLAM) vasitəsilə həyata keçirilir. Nəticədə DSLAM telefon şəbəkəsinə məxsus məhdudiyyətlərdən asılı olmayaraq abunəçilərin DSL xətlərini vahid yüksəksürətli magistral şəbəkəyə birləşdirir. Qeyd etmək lazımdır ki, iki ADSL modem, VDSL, SHDSL və DialUp modemlərdən fərqli olaraq öz aralarında birləşmə yarada bilmir. Buna səbəb ADSL modemlərdə ötürmənin və qəbul etmənin müxtəlif tezliklərdə aparılmasıdır.

Fəaliyyət prinsipi

[redaktə | mənbəni redaktə et]

ADSL texnologiyasında kanalın ötürmə zolağı çıxan və daxil olan trafik arasında qeyri simmetrik paylanır. İstifadəçilərin çox hissəsinə daxil olan trafik daha çox əhəmiyyət kəsb edir, nəinki çıxan trafik, buna görə daxil olan trafik üçün zolağın boyük hissəsinin ayrılması özünü doğruldur. Adi telefon xətti səsin ötürülməsi üçün 0…4 kHz tezlik zolağını istifadə edir. Telefon şəbəkəsinin işinə maneə törətməmək üçün ADSL-də tezliyin aşağı sərhədi 26 kHz səviyyəsində yerləşir. Yuxarı sərhəd isə məlumatın ötürmə sürətinə olan tələbdən və telefon kabellərinin imkanlarindan irəli gələn 1.1 MHz təşkil edir. Bu zolaq iki hissəyə bölünür – tezliklər 26KHz dən 138 kHz-ə qədər çıxış axınına ayrılır, 138 kHz dən 1.1 MHz ə kimi zolaq daxil olan axına ayrılır.

Bu növ tezliklərin paylanması eyni zamanda telefonla danışıq aparmaq və məlumatın ötürülməsinə imkan yaradır.

Aydındır ki, bəzi halda ADSL modemin yüksəktezlikli siqnalı müasir telefonların elektronikasına mənfi təsir göstərir, və ya telefon hər-hansı xüsusiyyətinə görə xəttə yüksəktezlikli parazit siqnal gətirir. Bununla mübarizə üçün abunəçinin evində telefon xəttinə aşağı tezliklərin tənzimləyicisi qoşulur (tezlik bölücüsü, ing. Splitter). Bu qurğu telefona yalnız siqnalın aşağıtezlikli tərkib hissəsini buraxır və telefonun xətdə olacaq təsirini aradan qaldırır. Bu cur tənzimləyicilər əlavə enerji tələb etmir və buna görə elektrik şəbəkəsində və ya ADSL avadanlığinda nasazlıqlar yarandıqda səs kanalı işçi vəziyyətində qalır.

Abunəçiyə ötürmə 1.5 dən 8 Mbit/s dək sürəti ilə aparılır. Xidməti kanalın sürəti 15 −640 kbit/s arasında dəyişə bilər. Xəttin maksimal sürəti müxtəlif faktorlardan asılıdır, məsələn xəttin uzunluğundan, kabelin kəsik sahəsindən və xüsusi müqavimətindən. Sürətin aşağı düşməsinə kabelin quruluşu da təsir göstərir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Yoxla.az - Faydalı Məlumatlar, İnternet Bağlantı Növləri: ADSL". 2012-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-02-18.
  2. İnternetə necə qoşulaq? [ölü keçid]