AK-105 – AK-74M avtomatlarının qısaldılmış bir karabina versiyası olub, AK-47 avtomatlarının dizayn xüsusiyyətlərinə malikdir və AK-74 avtomatlarının varisi hesab olunur. AK-102, AK-104 və AK-105 avtomatlarının fərqi yalnız müxtəlif çapa malik güllələrdən istifadə etməsidir. Lakin onların dizayn xüsusiyyətləri çox oxşardır. AK-105, 5,45 × 39mm çaplı döyüş sursatından istifadə edir. AK-105 2001-ci ildən Rusiya Silahlı Qüvvələrinin arsenalında AKS-74U avtomatlarının davamı kimi istifadə olunur.[1]
AK-105 | |
---|---|
| |
Tipi | Avtomat |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2001 - hal-hazırkı dövr |
İstismara başlanması | 2001 |
İstehsal tarixçəsi | |
Konstruktor | Mixail Kalaşnikov |
Konstruksiya tarixi | 1994 |
İstehsalçı | İjmas |
İstehsal illəri | 1994 |
Variantları | AK-102, AK-104 |
Xüsusiyyətləri | |
Ağırlığı | 3.2 kq |
Məsafə | 500 m |
Uzunluğu | 824 mm |
Vikianbarda əlaqəli mediafayllar |
Atəş tezliyi: 600 mərmi/dəqiqədə
Güllənin başlanğıc sürəti: 840metr/saniyə
Güllənin effektiv zədələmə məsafəsi: 500 metr
Giliz 5.45x39 mm
Kalib 5.45 mm
Atəş rejimi – avtomatik və tək-tək
Daraqın tutumu – 30 ədəd
Nişangah – nizamlana bilən adi nişangah
Atış tipi: Qaz dövriyyəsi, dönər çaxmaq
Uzunluğu: 586 mm
Açıq qundaq və birləşdirilmiş süngü bıçaqla birlikdə uzunluğu: 824 mm
Suriya: Suriya polisinin bəzi bölmələri tərəfindən istifadə edilir
Ermənistan: Ermənistan Sərhəd Qoşunları tərəfindən istifadə olunur.
Rusiya: Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin bəzi bölmələri tərəfindən istifadə olunur.[2][3] Həmçinin, digər hüquq-mühafizə orqanlarının da xidmətində istifadə edilirlər.[4] Rusiya Silahlı Qüvvələri tərəfindən məhdud sayda istifadə edilir.[5]
Namibiya: Namibiya Dəniz Piyadaları tərəfindən istifadə olunur.[6]