AMDT


Azərbaycan Milli Dirəniş Təşkilatı Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların milli müqəddəratını təyinetmə haqqını əldə etmələri üçün dinc mübarizə aparan təşkilat.[1]

Azərbaycan Milli Dirəniş Təşkilatı

Azərbaycan Milli Dirəniş Təşkilatı
Loqonun şəkli
Quruluş tarixi 2006
Baş qərargah
İdeologiya azərbaycançılıq, millətçilik, türkçülük, insan hüquqları, sekulyarizm
Şüar Öz müqəddəratını təyin etmə
Saytı diranish.org

Azərbaycan Milli Dirəniş (Muqavimət) Təşkilatı 19 mart 2006-cı ildə Cənubi Azərbaycanda yaradılmışdır.[2] Cənubi Azərbaycanda fars şovinizmilə mubarizə aparan milli təşkilatlardan biridir. Yayımladığı məramnaməsində təşkilatın Azərbaycan vətəni və türklüyü əsas tutaraq Cənubi Azərbaycanda yaşayan türklərin öz siyasi gələcəklərini təyinetmə haqqını əldə etmələri üçün dinc şəkildə mübarizə aparmaqdadır.[3][4]

Araz News saytı təşkilatın rəsmi xəbər orqanı olaraq 3 sentyabr 2010-cu ildə Babək Çələbiyanlı tərəfindən qurulmuşdur. Hazırda Araz News 3 dildə Cənubi Azərbaycan haqqında xəbər və məlumatlar yaymaqdadır.[5]

Təşkilat irqçiliyə, terrorizmə qarşı fəaliyyət göstərir, həmçinin Cənubi Azərbaycanda yaşayan dini azlıqların İran rejimi tərəfindən pozulan haqlarını mudafiə edir.[6][7]

Təşkilatın ilk sözçüsü Davud Turan olmuşdur. Hazırda təşkilatın rəsmi sözçüsü ABŞ-də yaşayan milli fəal Babək Çələbiyanlıdır.

2016-cı ildə isə təşkilat Cənubi Azərbaycanın şəhərlərində gizli olaraq 10-cu ildönümü munasibəti ilə tədbirlər keçirib.[8] Təşkilat bir il sonra — 2017-ci ildə Ankara və Vaşinqton şəhərlərində 11-ci ildönümünü qeyd edib.[9]

Təşkilatın sözçüsü Babək Çələbiyanlı İsrail dövlətinin Yaxın Şərqdə yeni bir kürd dövlətinin yaranmasını dəstəkləməsinə və bu yeni dövlətin sərhədləri içinə Cənubi Azərbaycanın Urmiya şəhərinin də salınmasına etiraz olaraq İsrail xarici işlər nazirliyinə məktub yazmışdır.[10]

Azərbaycan Milli Dirəniş Təşkilatı Azərbaycanın milli varlığına qarşı aparılan yağma və talanı durdurmağın tək yolunun irəli səviyyədə təşkilatlanmada və uzmanlaşmada görür və aşağıda sayılan ilkələr və inancları mənimsəyir:

  1. Azərbaycan Türk milləti işsizlik, yoxsulluq, məcburi köç və hər türlü maddi və mənəvi bohran və təzyiqdən qurtularaq səadət və rifaha qovuşmalıdır.
  2. Azərbaycan Türk milləti hər cür sinif, cinsiyyət, inanc və başqa ayrımlardan uzaq və çağdaş dünya standardlarına uyğun, eşitlik və müsavat içində bir yaşam sürməlidir.
  3. Azərbaycan vətəni və Türk milliyyəti əsasında, milli məfkurə və düşüncə zəminində Azərbaycan Türk millətinin öz gələcəyini və milli muqəddəratını təyin etmək haqqı geri qazanılmalıdır.
  4. Parçalanmış yurdumuzun bütövləşməsinə imkan və zəmin yaradılmalıdır.[11]

Taktika və strategiya

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan Türk millətinin içində milli oyanış sürəcini irəli sürdürmək.
  2. Azərbaycan millətinin bütün qatmanlarında milli qürur və milli birlik ruhu yaratmaq.
  3. millətimizə qarşı yürüdülən şovinist politikaları əngəlləmək və durdurmaq üçün çalışmaq.
  4. Azərbaycan Türk millətinin milli müqəddərətanını təyin etmək haqqını quramsallaşdırmaq və düzənə keçirmək.
  5. gərəkli bütün organları ilı birlikdə modern və çağdaş bir millət olmaq mücadiləsi üçün təcrübəli və öngörüşlü kadrlar yetişdirmək.
  6. günün durumuna bağlı olaraq alternativ və dinamik milli dirənişini yürütmək.
  1. Azərbaycan Milli Dirəniş Təşkilatı sivil və mədəni mücadiləyə inanmaqda və hər cür şiddət və gobudluqdan uzaq durmaqdadır. yalnız bununla birlikdə millətimizin məşru haqqının da hər zaman qorunduğuna qail.
  2. Azərbaycan Milli Dirəniş Təşkilatı Azərbaycan Türk Millətinin içində və qoynunda və xalqımızla çiyin çiyinə dirəniş özəkləri yaratmaqla siyasi, ekonomik, ictimai və kültürəl dirəniş və mücadiləni orqanizə etməyə çalışmaqdadır.
  3. günün şərtlərini diqqətə alaraq Azərbaycan Milli Dirəniş Təşkilatı yurd içində gizli şəkildə orqanizə olub çalışmaqdadır.
  4. Milli mücadilənin yolundan caydırılmasına əngəl olmaq üçün Azərbaycan Milli Dirəniş Təşkilatı davamlı şəkildə bilgi və informasiya toplayıb onları analiz edəcəkdir.
  5. Azərbaycan Milli Dirəniş Təşkilatı özünü genəl Azərbaycan Milli hərəkatının bir parçası olaraq görməkdə və bütün milli hərəkət qurum, quruluş və qatmanların birlikdə və koordinəli hərəkət edəbilməsi üçün aktiv çalışma yürüdəcəkdir.

Xaricdəki nümayəndələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Dirəniş Təşkilatı gizli və yarıgizli mübarizəyə inandığı üçün illər boyu hər hansısa üzvünü tanıtdırmaqdan imtina edibdir. İlk sözçüsü Davud Turan olubdur. Həmin təşkilat ilk sözçüsünü tanıtdıqdan sonra tam gizli təşkilatdan yarı gizli mübarizəyə keçmişdir.

Hazırda təşkilatın sözçüsü Babək Çələbiyanlıdır. O, Vaşınqtonda mühacirətdə yaşayır və Amerikanın səsində jurnalist olaraq Cənubi Azərbaycanla bağlı informasiyalar yayımlayır.[12]

Babək Şahid, Məcid Araz, Oğuz Bahadır kimi şəxslər bu təşkilatın xaricdəki məsullar və üzvlərindəndirlər.[13]

  1. "Arxivlənmiş surət". 2016-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
  2. "Arxivlənmiş surət". 2016-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
  3. "Azerbaijan National Resistance Organization (ANRO); A Brief Introduction". 2017-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  4. "Трамп получает "сигналы" из Иранского Азербайджана". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.
  5. "Arxivlənmiş surət". 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-26.
  6. "ANRO Condemned Harassment of Religious Minorities in South Azerbaijan". 2017-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  7. "The Azerbaijan National Resistance Organization (ANRO)'s manifesto about terrorist incidents in Turkey and its impacts on South Azerbaijan". 2017-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  8. "The Tenth Anniversary of "Azerbaijan National Resistance Organization " Was Commemorated". 2017-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  9. "AMDT'nın 11. Kuruluş Yıldönümü Toplantıları Gerçekleşti". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  10. "İran Türklerinden İsrail Devletine İtiraz Mektubu". 2017-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-06.
  11. "Ana Hatlarıyla Azerbaycan Milli Hareketi". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.
  12. https://www.youtube.com/watch?v=MH0_OW9paYQ Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine The Profile Video of Mr. Babek Chalabiyanli the Spokesperson of ANRO in VOA
  13. "معرفی کادر جدید رهبری دیرنیش در خارج از کشور". 2016-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-04.