AzNews TV (AN.T) — Mərkəzi qərargahı Stokholmda yerləşən əsasən Azərbaycan dilində fəaliyyət göstərən televiziya kanalı.[1] Kanal 2019-ci ilin iyun ayının 1-dən beş dildə fəaliyyətə başlayıb.[2]
AzNews TV (AN.T) | |
---|---|
Ölkə | İsveç |
Yayım ərazisi | AzerSpace-1 peykinin əhatə dairəsi |
Dil |
Azərbaycan dili İngilis dili Rus dili Ərəb dili Fars dili |
Baş qərargah | Stokholm, İsveç |
Yaranma tarixi | 1 iyun 2019 (10:00) |
Sahibi | Saleh Kamrani |
Rəhbərlik | Elyar Kamrani |
Şüar | Bütöv Azərbaycan Yolunda |
Sayt | aznews.tv |
AzNews TV (AN.T) 2019-cu ilin iyunun 1-dən fəaliyyət göstərməyə başlayıb. Kanalın təsisçisi və direktoru insan haqları fəalı, hüquqşünas Saleh Kamranidir. Televiziyanın internet saytı Azərbaycan türkcəsi ilə yanaşı ərəbcə, rusca, ingiliscə və farsca xəbər və material yayımlayır. Verilişləri Stokholmdan yayımlansa da, kanalın proqramlarını dünyanın müxtəlif ölkələrində yaşayan müxbir və jurnalistlər hazırlayır. AN.Tnin televiziya proqramları Yahsat peykindən 11900 üfüqlükdə və rəsmi saytında yayımlanır. Saytda istifadəçilərə siyasi, incəsənət, tarix, elm və texnologiya, idman, iqtisadiyyat, hüquq və ətraf mühit daxil olmaqla, ayrı-ayrı bölmələrdə ən son xəbərlər, hesabatlar və təhlillər təqdim edilir. Kanalın hədəfi bütün Azərbaycanın siyasi, sosial və mədəni sahələrində baş verən yenilikləri proqramlarda əks etdirməkdir. AN.T heç bir siyasi, sosial, mədəni, iqtisadi və dini təşkilatın maraqlarını müdafiə etmir və İranın daxili yaxud xaricində heç bir qrupa bağlı deyil.[1][2]
Sosial şəbəkələrdə | https://www.instagram.com/aznews.ant/ |
---|---|
https://twitter.com/aznews_tv | |
https://www.youtube.com/@aznewstv9546 | |
https://www.facebook.com/ANTFarsi |