ATR 72

ATR 72 – Fransız-İtalyan şirkəti olan ATR tərəfindən istehsal olunmuş cüt turbo-pəvanəli regional təyyarədir. 62-74 sərnişin oturma yeri olan təyyarə tək sinif konfiqurasiyasına malikdir.

ATR 72
Tipi Sərnişin təyyarəsi
İlk uçuş 27 oktyabr 1988
İstismara verilmə tarixi 27 oktyabr 1989
Buraxılış sayı 1.000[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəzalar və İnsidentlər

[redaktə | mənbəni redaktə et]
  • American Eagle Airlines, reys 4184, 31 oktyabr 1994 Rozenlou, İndiana ştatı, ABŞ. Qəzanın səbəbi: buz bağlaması. Qəzadan sonrakı dövrdə həm ATR şirkəti (buz əleyhinə səthin çəkilməsi), həm də American Eagle və Delta Connection şirkətlərinin (təyyarələrin ancaq xüsusi coğrafi şəraitdə – daha cənub zonalarda istifadəsi) gördüyü tədbirlərə baxmayaraq, təyyarə qanadlarının buz bağlaması səbəbindən qəza və insidentlər təkrarlanmışdır (Trans Asia Airways yük reysi 79, 21 dekabr 20022009-cu ildə daha kiçik ölçülü ATR-42 qəzaları).
  • American Eagle Airlines reys 5401, 9 may 2004 San-Xuan, Puerto-Riko. Eniş zamanı qəzaya uğramışdır. 17 nəfərin xəsarət almasına baxmayaraq, hadisə nəticəsində ölən olmamışdır.
  • Rusiyanın UTair şirkətinə məxsus UT-120 nömrəli reys üzrə Tümendən Surquta uçan təyyarə havaya qalxdıqdan dərhal sonra yerə çırpılmış və nəticədə 39 sərnişin və 4 heyət üzvü olan təyyarədə 31 nəfər hadisə yerində həlak olmuş, 2 nəfər isə bir neçə gün sonra xəstəxanada vəfat etmişdir. Hadisənin səbəbi kimi təyyarənin səthinin buz bağlaması və piotların qəza anında düzgün qərar qəbul etməməsi göstərilir.[2]

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]
  • Air Dolomiti
  • American Eagle Airlines (39)
  • Azərbaycan Hava Yolları (4)[3]
  • Binter Canarias (13)
  • FedEx Express (13)
  • Delta Connection-Atlantic Southeast Airlines (12)
  • Kingfisher Airlines (12)
  • Air New Zealand (11)
  • Mount Cook Airline as a subsidiary of Air New Zealand (11)
  • Aer Arann (10)
  • Alitalia Express (10)
  • Jet Airways (10)
  • TransAsia Airways (10)
  • Vietnam Airlines (10)

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 4 nəfər (2 pilot + 2 təyyarə bələdçisi)
  • Sərnişin sayı: 62 – 74 nəfər
  • Uzuluğu: 27,166 mm
  • Qanad eni: 27,050 mm
  • Hündürlüyü: 7,650 mm
  • Qanadların sahəsi: 61,0 m²
  • Boş çəkisi: 13 500 kq
  • Dolu çəkisi: 22 670 kq
  • Maksimal yüksəlmə çəkisi: 22 800 kq
  • Mühərrik: 2 × Pratt & Whitney (Kanada) PW127M turbopropeller, 1 846 kV (hər biri 2 475 at gücu)

Göstəricilər

[redaktə | mənbəni redaktə et]
  • Kreyser sürəti: 507 km/s
  • Maksimal uçuş məsafəsi: 1 650 km
  • Uçuş yüksəkliyi: 7 620 m
ATR 72 pərvanələri işləyən halda.