AZ-CERT - AMEA İnternet şəbəkəsində (AzScienceNet) informasiya təhlükəsizliyi insidentlərinə cavabvermə qrupudur.[1]
AZ-CERT-in əsas məqsədi AzScienceNet-də informasiya təhlükəsizliyi risklərinin qəbul edilmiş səviyyədə idarə edilməsini təmin etməkdir. Bu məqsədlə AZ-CERT informasiya təhlükəsizliyinin pozulmasına yönəlmiş hərəkətlərin aşkarlanmasında, qarşısının alınmasında və istifadəçilərin məlumatlandırılmasında AMEA təşkilatlarına və AzScienceNet-in fərdi istifadəçilərinə kömək edir.
AZ-CERT AMEA İnternet şəbəkəsində ziyankar proqramların yayılması və şəbəkə hücumları ilə əlaqədar statistik verilənlərin toplanmasını, saxlanılmasını və analizini həyata keçirir.
Qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün AZ-CERT Azərbaycanda fəaliyyət göstərən digər belə qruplarla, Azərbaycan Respublikası dövlət hakimiyyəti orqanları ilə, informasiya təhlükəsizliyi insidentlərinin emalı ilə məşğul olan xarici ölkə qrupları ilə və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən digər təşkilatlarla qarşılıqlı əlaqə saxlayır.
AZ-CERT komandası AMEA İnternet şəbəkəsində (AzScienceNet) baş vermiş informasiya təhlükəsizliyi insidentlərini araşdırır. AZ-CERT komandası həmçinin informasiya təhlükəsizliyi sahəsində statistik verilənlərin toplanması, saxlanılması və analizi üçün digər şəbəkələrdə baş verən insidentlər barəsində məlumatları qəbul edə bilər.[2]
AZ-CERT informasiya təhlükəsizliyi insidentləri kimi aşağıdakı hadisələri nəzərdən keçirir:
AZ-CERT: