Abant


Abant - V-VII əsrlərdə Albaniyanın Arsak əyalətində mahal adı [1]. Ermənicə yazılışda əvvəlinə “h“ səsinin əlavəsi ilə Habant kimidir. Albaniya ərazisində erkən orta əsrlərdə iki Abant vardı. Biri Alazanın yuxarı axınında, onun Lonati çayı ilə birləşdiyi yerdə çay adı. E.ə. 65-ci ildə Roma ordusu ilə Alban ordusu arasında qanlı vuruşma bu çayın sahilində baş vermişdir.[2] Gürcüstanın Telavi r-nunda olan bu çayın adı indi də qalmaqdadır - Abant adlanır. Digəri Yuxari Qarabagda. Axırıncı dəfə 1727-ci ilə aid mənbədə təxminən Gədəbəy r-nu Şamlıq kəndinin yaxınlığında Avan kimi çəkilir. Qədim türkmənşəli Aban tayfa adındandır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. “Albaniya tarixi“, 1 kitab, 10-cu fəsil
  2. Plubarx. Pompey, 35; Dion Kassi, XXXVII, 36
  3. B.Ə.Budaqov, Q.Ə.Qeybullayev "Qarabağın etnik məskunlaşma tarixi və toponimləri" Bakı 2022