Abay meydanı

Abay Meydanı (qaz. Абай алаңы) Qazaxıstanın Almatı şəhərindəki bir meydandır. Meydan Abay Kunanbayevin adını daşıyır. Meydanda ümumi bir bağ və fəvvarələr var. Meydan Respublika Sarayının qarşısında yerləşir. Ətrafında Qazaxıstan hoteli, Arman kinoteatrı və Kök Töbe Parkına birləşdirən kanat dayanacağı var.[1]

Abay meydanı
qaz. Абай алаңы
Abay Meydanının havadan görünüşü
Abay Meydanının havadan görünüşü
Xəritə
43°14′35″ şm. e. 76°57′29″ ş. u.HGYO
Ölkə Qazaxıstan Almatı, Qazaxıstan
Tikilmə tarixi 19-cu əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abay meydanında tez-tez xalq yığıncaqları, mərasimlər və konsertlər keçirilir.[2]

Meydan 19-cu əsrin sonunda yaradılmışdır. Abay və Lenin Küçələrinin küncündə 1960-cı ildə Abay Kunanbayevə abidə qoyulmuşdur. Sonrakı illərdə "Arman" kinoteatrı və Kök Töbe kanat stansiyası ilə birlikdə binalar tikildi. 1970-ci ildə Lenin Sarayı (indiki Respublika Sarayı), ardından Qazaxıstan hoteli və fəvvarələrlə təchiz olunmuş hovuz tikildi.[3]

Meydana adı verilən Abay Kunanbayev, 19-cu əsrin sonlarında yaşamış bir Qazax türkü idi. Şair, bəstəkar və filosof idi. Qazaxıstan-Türk Sivilizasiyasını liberal İslama söykənən Avropa və Rusiya sivilizasiyalarına yaxınlaşdırmağı hədəfləyən islahatçı kimliyi ilə tanınırdı.[4]

Abay Kunanbayevin abidəsi

[redaktə | mənbəni redaktə et]
Almatıda meydanda Abay Kunanbayevin abidəsi

1960-cı ildə Abay Kunanbayevin anadan olmasının 115-ci ildönümü münasibətilə heykəltaraş Hakimcan Naurizbay tərəfindən meydanın ortasına bir abidə qoyuldu.[5] Abidənin hündürlüyü 13 metrdir.[6]

Abidənin yanında şeirlər oxumaq ənənəsi var. Məsələn, 2014-cü ilin iyun ayında Qazaxıstan, Ukrayna və Rus şairləri Beynəlxalq Ədəbi Festivalda şeirlərini səsləndirdilər.[7]

Respublika Sarayı

[redaktə | mənbəni redaktə et]
Sarayda ilkin tibbi yardımla bağlı beynəlxalq konfrans.(1978-ci il)

Respublika Sarayı 1970-ci ildə inşa edilmişdir. Almatı şəhərinin ən böyük salonudur və tez-tez kütləvi toplantılar, mərasimlər, konsertlər və s. üçün bir məkan kimi istifadə olunur.[2][7]

Arman Kinoteatrı

[redaktə | mənbəni redaktə et]

Arman kinoteatrı — 1968-ci ildə inşa edilmiş rəqəmsal bir kinoteatrdır. Kinoteatrda dörd zal, bir həyət və bir klub var.[7]

Abay Meydanından kanatla 2006-cı ildə açılan Kök Töbe Parka gedə bilərsiniz. 2014-cü ilin sentyabr ayında dağ yeni kanat tikintisi üçün, həmçinin dağın və parkın şimal tərəfinin yenidən qurulması üçün bağlandı. 2016-cı ilin mart ayında kanatın tikintisi və parkın bərpası başa çatdı. 2007-ci ildə The Beatles qrupuna abidə ucaldıldı.

Hər biri 8 nəfər tutumlu yeni kanatda 17 kabin fəaliyyət göstərir. Saatda 750 nəfər tutum. Yeni kanatın uzunluğu 1620 metr, stansiyalar arasındakı fərq 250 metrdir. Sürət 0,5 ilə 6 m/saniyə arasında tənzimlənə bilər.[8]

Parkda yeni bir dönmə çarxı da tikilmişdir.

  1. "The Abay Square, The Republic Palace". Travel and mice (ing.)). 07.11.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.10.2020.
  2. 1 2 "Abay Square Almaty | Top landmarks in the city". www.baltastour.com (ing.)). 19.09.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.10.2020.
  3. "Алматинские площади в политическом измерении". КМБПЧ - Казахстанское международное бюро по правам человека и соблюдению законности (rus.)). 08.06.2016. 14.06.2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.10.2020.
  4. "Book about Kunanbayov" (türk.)). Archived from the original on 2020-07-01.
  5. "Алмати". vue.gov.ua (ukr.)). 31.10.2019. 2022-02-26 tarixində arxivləşdirilib.
  6. "Проспект Абая". e-putivka.com.ua (ukr.)). 21.04.2020. 2021-04-10 tarixində arxivləşdirilib.
  7. 1 2 3 "Площа Абая перед Палацом Республіки". www.bureau.kz (rus.)). 08.06.2016. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.06.2016.
  8. "Канатная дорога на гору Кок-Тобе". www.koktobe.com (rus.)). 08.06.2016. 19.07.2016 tarixində arxivləşdirilib.