Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Abay (İbrahim) Kunanbayev (qaz. اباي (ىيبراحىيم) قۇنانبايۇلى , Абай (Ибрahим) Құнанбайұлы) (29 iyul (10 avqust) 1845[1][2] və ya 10 avqust 1845[3][2], Jidebay[d], Qərbi Sibir general-qubernatorluğu[d] – 23 iyun (6 iyul) 1904[1] və ya 6 iyul 1904[3][2], Jidebay[d], Tomsk quberniyası[d]) — qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi, maarifçi liberal islamın əsasında qazax mədəniyyətinin rus və avropa mədəniyyətləri ilə yaxınlaşması tərəfdarı.
Abay Kunanbayev | |
---|---|
qaz. Абай Құнанбайұлы | |
Doğum adı | Ибраһим Құнанбайұлы |
Doğum tarixi | 29 iyul (10 avqust) 1845[1][2] və ya 10 avqust 1845[3][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 23 iyun (6 iyul) 1904[1] (58 yaşında) və ya 6 iyul 1904[3][2] (58 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | dilçi, şair, tərcüməçi, bəstəkar, ictimai xadim, yazıçı, filosof |
Əsərlərinin dili | Qazax dili |
Vikianbarda əlaqəli mediafayllar |
Abay Kunanbayev yaradıcılığı qazax folkloru, poeziyasıyla sıx bağlıdır. Abay Kunanbayev qazax poeziyasını yeni formalarla (müsəddəs, müsəlləs, məsnəvi) zənginləşdirmiş, ona yeni ictimai məzmun gətirmişdir. Təmiz, saf məhəbbəti tərənnüm etmiş, ilin fəsillərinə həsr olunan şeirləri ilə qazax poeziyasının gözəl nümunələrini yaratmışdır.[4]
Əsl adı İbrahim olub. Amma anasının ona verdiyi "Abay" (diqqətli, ehtiyatlı) ləqəbi ömrü boyu onun adı kimi işlənmişdir və o bütün dünyada bu adla tanınmışdır.
Abay Kunanbayev 1845-ci ildə Semey vilayətində, Ağasoltan ailəsində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra rus məktəbində davam etdirmişdir. Atasi onu dövlət orqanlarında işə duzəltmək istəmişdir, amma Kunanbayevin yolu başqa idi. O qazax ədəbiyyatının banilərindən biridir. Həmçinin rus və qazax dillərinə tərcümələri ilə yadda qalmışdır. Yaradıcılığını müxtəlif qaynaqlara əsaslanaraq formalaşdırmışdır:
Abay Kunanbayev 12 yaşından şeir yazmağa başlamış, lakin 40 yaşına qədər müəllifliyini gizlətmişdir. Sağlığında şeirləri şifahi və əlyazması şəklində yayılmışdır. İlk kitabı Sankt-Peterburqda (qazax dilində) çap olunmuşdur (1909). Ədəbi irsi satirik, lirik şeir və poemalardan ("Masqud", "Əzim haqqında nağıl", "İsgəndər"), bədii-fəlsəfi nəsr əsərlərindən ("Əqliyyə") ibarətdir. Abay Kunanbayev qazax ədəbiyyatına yeni mövzular (sosial ədalətsizliklərin tənqidi, antiklerikal motivlər, sənətkarın qayəsi haqqında fikirlər), yeni şeir formaları (müsəddəs, məsnəvi) gətirmişdir. Abay Kunanbayev həm də istedadlı bəstəkar olmuş, şeirlərinə musiqi bəstələmişdir.
Müasirləri "Əqliyyə" əsərini onun yaradıcılığının zirvəsi hesab edirlər. Yazıçı bu əsəri cavanlara ünvanlamışdır. O burada müqayisələr apararaq dövrün çatışmazlıqlarını göstərməyə çalışmışdır. Abay bu əsərində xalqa müraciət edərək: "Ey mənim xalqım, bu qədər təbii sərvətimiz olduğu halda niyə yenə belə yoxsulluq içində yaşayırıq? Xarici varlılar az da olsa dövlətin inkişafı, xalqın güzaranının yaxşılaşması üçün nə isə edirlər, bizim qazax bəyləri isə iki şeyi bacarır: çoxlu ət yeməyi və çoxlu arvad almağı" – deyir. "Əqliyyə" əsərində rus və tatar xalqları ilə qazax xalqı müqayisə olunur və yazıçı xalqının vəziyyətinə acıyır. Həmçinin onun Rusiyaya qeyri-adi rəğbəti də duyulur. Baxmayaraq ki, XIX əsrdə Rusiya Qazaxıstanı işğal etmişdir. O düşünür ki, Rusiya qanunlarıyla Qazaxıstan inkişaf edir. Amma ömrünün ahıl çağlarında o Rusiyanın işğalçılıq siyasətini anlayir. Bununla belə Abay xalqın maariflənməsində böyük rol oynayan rus ziyalılarıyla, xalqın qanını içən rus məmurlarını eyniləşdirmir. Abay Kunanbayevin yaradıcılığı XX əsrdə xüsusilə tədqiq edilmiş, müxtəlif sənədlərə əsasən onun şəxsiyyəti araşdırılmışdır.
2011-ci ildə Bakıda Abay Kunanbayevin şərəfinə xatirə lövhəsinin açılışı olmuşdur. 10 avqust 2020-ci ildə Abay Kunanbayevin anadan olmasının 175 illiyi münasibətilə və xatirə lövhəsinin əvvəlki yerində təmir işləri aparılması, yaxınlıqdakı binanın sökülməsinin planlaşdırılması ilə əlaqədar, Bakının Binəqədi rayonunda onun şərəfinə vurulmuş xatirə lövhəsinin yerinin dəyişdirilməsi ilə bağlı aksiya keçirilib.[5]
Xəlilov P. Türk xalqlarının və şərqi slavyanların ədəbiyyatı. B.,1994.