Abayevlər

Abayları və ya Abayevlər — balkar əsilzadə soyu.

Abayları (Qaraç-balk:Абайлары)
Abayevlərin soy damğaları
Abayevlərin soy damğaları
Titul dağ bəyi
Əcdadı Basiat
Mənşəyi balkarlar
Torpaqları Çerek dərəsi

Abayevlər soyu rəvayətlərə əsasən Qafqazda yerləşən Macar şəhərindən gəlmə Basiatın nəslindəndirlər. Rəvayətə əsasən Basiat Şimali Qafqaza öz qardaşı Badinatla birlikdə gəlir və burada balkar əsilzadə soyunun əsasını qoyur. Badinat isə Diqoriyaya gedərək burada Badeliatlar bəy soyunun əcdadı olur.[1][2][3]

İlk əvvəl Abayevlər Çerek çayının yuxarı axarında yerləşən Künlüm kəndində yaşayırdılar. Sonradan nəslin digər qolları Çerek dərəsinin müxtəlif kəndlərinə, İşkantı, Xıznı-El, Abayevskiy, Kaşxatau kəndlərində məskunlaşdılar.[4]. 1917-ci il inqilabına qədər Abayevlər Çerek dərəsindəki geniş torpaqların sahibləri idilər.[5] Sovet işğalından sonra soyun nümayəndələri təqiblərə və repressiyalara məruz qaldılar. Nəticədə soyun bir çox nümayəndəsi ölkə xaricinə imiqrasiya etdilər.[4]

Araşdırmalara əsasən Abayevlər soyu digər balkar soyları Bəyovlar, Zaniyukovlar, Kuçukovlar eləcə də diqor bəylərindən olan Karajayevlər kimi Q1a haploqrupunun daşıyıcılarıdırlar.[6]

Tanınmış nümayəndələri

[redaktə | mənbəni redaktə et]
  • Hənifə Aslanbek qızı Abayeva (1853–1929) — Həsən bəy Zərdabinin həyat yoldaşı, ictimai xadim.
  • Misost Kuçuk oğlu Abayev (1857–1928) — rus və sovet publisisti, etnoqraf.
  • Sultanbek Aslanbek oğlu Abayev (1845–1888) — ilk professional balkar musiqiçisi, skripkaçı, maarifçi, ictimai xadim.
  1. Steder. Tagebuch einer Reise, die in Jahre 1781 von den Gransfestung Mosdok nach inner Kaukasus unternommen worden. Leypsiq. 1797. səh. 125-126.
  2. V.Batçayev. Балкария в XV – начале XIX вв. \ Balkariya XV-XIX əsrin əvvəllərində. Nalçik: Институт археологии Кавказа. 2006. səh. 127. ISBN 9785722801432.
  3. V.Miller, M.Kovalevski. В горских обществах Кабарды / Kabardanın dağlıq cəmiyyətlərində. 1884. Вестник Европы.
  4. 1 2 "Abayevlər". assia.info. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.
  5. M.Kipiani. От Казбека до Эльбруса. Путевые заметки о горной полосе Терской области.\ Kazbekdən Elbrusa qədər. Terek vilayətinin dağlıq zolağı haqqında səfər qeydləri. Vladikavkaz: Тирография Терского Областного Правления. 1884. 50.
  6. "О генетической структуре балкарского народа и некоторые исторические параллели". assia.info. 2016-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-19.