Abbasəli Pənbeyi

Abbasəli Kərbəlayı Baxşəli oğlu Pənbeyi (1897–1977)—Xiyabani və Pişəvəri hökumətinin fəallarından.

Abbasəli Pənbeyi
Abbasəli Kərbəlayı Baxşəli oğlu Pənbeyi
Doğum tarixi
Doğum yeri Miyana
Vəfat tarixi
Milliyyəti azərbaycanlı
Fəaliyyəti İnqilabçı

Abbasəli Kərbəlayı Baxşəli oğlu Pənbeyi 1897-ci ildə Miyana şəhərində anadan olmuşdu.

1945-ci ildə başlanan hərəkatda fədailərin hərbi qərargahına Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi və mahallarda onun təşkilatları rəhbərlik etmişdir. Azərbaycan Demokrat Firqəsinin fədai dəstələrinin arasında bütün siniflərin nümayəndələri, hətta qadınlar olmuşdur. Azərbaycan xalqının uğurlu gələcəyinə, azadlığına inamı olanlar, xalq arasında təmizliyi ilə hörmət qazananlar fədailərin sırasını təşkil edirdi. Hərbi sahəni bilmək, özünün silahı olmaq, xalq üçün, vətən üçün ölümü qəbul etmək əsas məqsəd götürülmüşdü. Fədai dəstələrinin hazırlanmasında, başçılarının təyin edilməsində firqə təşkilatları əsas rol oynamışlar. Azərbaycan şəhərlərinin şah qoşunlarından təmizlənməsi buna ən bariz nümunə kimi təqdim oluna bilər:

  • Miyana:

Noyabrın 14-dən 17-nə qədər; Komitənin sədri Əli Şəmidə, fədai başçıları Qulam Yəhya Danişyan, Abbasəli Pənbeyi, Teymur Mədədi və başqaları.

Abbasəli Pənbeyi 1977-ci ildə vəfat edib.