Qulam Yəhya

Qulam Yəhya oğlu Danişian (1906, Sərab, Şərqi Azərbaycan ostanı2006, Bakı) — General-mayor.

QULAM YƏHYA
Qulam Yəhya oğlu Danişian
Şəxsi məlumatlar
Doğum tarixi 1906
Doğum yeri
Vəfat tarixi 2006
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi general-mayor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Danişian Qulam Yəhya oğlu 1906-ci ildə Sərab mahalının Əskərabad (Əsgəvar) kəndində yoxsul kəndli ailəsində anadan olmuşdu. Qulam Yəhya Sarab və Miyanada kəndli hərəkatının bilavasitə iştirakçısı olmuş, Hezbe Tudeyi İranın Sarab, sonra isə Miyana təşkilatına başçılıq etmiş, 1945-ci ilin Sentyabr ayında yenicə yaranan Azərbaycan Demokrat Firqəsinin sıralarına qoşulmuş, Firqənin I qurultayında iştirak etmiş, Mərkəzi Təftiş Komissiyonunun üzvlüyünə seçilmiz, Miyanada başlanan hərəkata rəhbərlik etmiş və hərəkatın qələbəsinə nail olmuşdur.

Miyana fədailəri 21 Azərə doğru gedən yolun ilk qalibləri kimi milli azadlıq hərəkatı tarixində öz layiqli yerini tutmuşlar. Qulam Yəhya 21 Azər hərəkatının rəhbərlərindən biri kimi S.C.Pişəvərinin göstərişi ilə Təbrizə gəlmiş, Təbriz jandarm idarəsinin götürülməsində əsas rol oynamışdır. Qulam Yəhya milli hökumət təşkil edildikdən sonra xalq qoşunları nazirinin müavini seçilmiş[1], Zəncan fədailərinin rəhbərliyi S.C.Pişəvəri tərəfindən ona tapşırılmışdır. Qulam Yəhya Zəncan cəbhəsinin başçısı olduğu dövrdə Mürtəzəvi, Həsən Nə􀁝əri və Hidayət Hatəmi ilə birlikdə Zülfüqari silahlı bandasını zərərsizləşdirmiş və Azərbaycan ərazisinə soxulmaq istəyən digər silahlı dəstələrin qarşısını almışdır. Zəncan fədailəri Azərbaycana durmdan hücum edən silahlı bandaların qarşısını almaqla yanaşı, Azərbaycan Milli hökumətinə qarşı vuruşan mülkədarların torpaqlarını pulsuz olaraq, kəndlilərə paylamışlar. Azərbaycan Milli hökumətinin bir illik fəaliyyəti Azərbaycanda siyasi sakitliyin yaranması, Azərbaycan dilinin rəsmi dövlət dilinə çevrilməsi prosesində Azərbaycan fədailəri, o cümlədən Zəncan fədailəri əsas rol oynamışlar.

Qulam Yəhya və fədai Həsən Nəzəri

Qulam Yəhya S.C.Pişəvərinin silahdaşlarından biri idi. O, bacarıqlı, ləyaqətli siyasi və ictimai xadim kimi təkcə Zəncan cəbhəsində deyil, Ərdəbil və Urmiyyə şəhərlərində də fəaliyyət göstərən fədailərlə də vaxtaşırı görüşür və Zəncan cəbhəsində gedən döyüşlər haqqında onlara məlumat verirdi. Tehran-Təbriz sazişinə əsasən Zəncan Tehrana təhvil verildi. Bununla əlaqədar Miyana şəhəri fədailərin mərkəzinə çevrildi 1946-cı ilin dekabr ayının 10-na qədər şah qoşunlarına qarşı müqavimət göstərdi, lakin Təbrizdən bütün cəbhələrə göndərilən göstəriş əsasında Miyana fədailəri də müqavimət göstərmədən geri oturdu.

Qulam Yəhya Qazi Əsədullahi və Əli Şəmide ilə birlikdə
Qulam Yəhya Qazi Əsədullahi və Əli Şəmide ilə birlikdə

Qulam Yəhya mühacirət illərində də Azərbaycan Demokrat Firqəsinin görkəmli rəhbərlərindən biri kimi Firqənin ehya edilməsində xidməti olmuş və çoxsaylı mühacirlərin Azərbaycan respublikasında yerlərdirilməsini öz üzərinə götürmüşdür. Elə buna görə də Qulam Yəhya mühacirlər arasında tanınmış şəxsiyyət kimi Firqənin yüksək rəhbər mövqelərindən birini tutmuş, 1958-ci ildən firqənin sədri seçilmiş, 1979-cu ilə qədər həmin vəzifədə çalışmış, ömrünün sonuna qədər firqənin iftixari sədri olmuşdur. Qulam Yəhya Azərbaycan Demokrat Firqəsinin böhranlı günlərində firqəyə qarşı çıxış edən müxtəlif cərəyanlara qarşı mübarizə aparmış, Hezbe Tudeyi İranla Azərbaycan Demokrat Firqəsinin birləşməsi zamanı firqənin adının saxlanılmasında prinsipial mövqe tutmuş, Vəhdət konfransında Hezbe Tudeyi İranın Mərkəzi Komitəsinin İcraiyyə Heyətinin üzvü seçilmiş, Hezbe Tudeyi İranın XVI konfransında Nurəddin Kiyanurinin birinci katib seçilməsinin təşəbbüskarlarından biri olmuşdur.

Qulam Yəhyanın xatirələrinin oxucuları səhifələr deyil, sətirlər arasında onun prinsipiallığı, üzv olduğu partiyaya inamı, milli azadlıq və demokratiya uğrunda gedən mübarizədə fəal iştirakı ilə tanış olacaqdır. Qulam Yəhya XX əsrin İran mübarizləri sırasında görkəmli yer tutmuş, onun apardığı mübarizə gənc nəsil üçün örnəkdir. Qoy gənc nəsil ata-babaların keçdiyi cığrları izləsin, İran və Azərbaycan xalqlarının azadlıq və demokratiya uğrunda apardıqları mübarizədən tarixi dərs alsınlar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Cəmil Həsənli. СССР-Иран: Азербайджанский кризис и начало холодной войны: 1941-1946 гг. Moskva: Герои Отечества. 2006. səh. 193. 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-03.