Abbas İbrahimov

Abbas Məmmədəli oğlu İbrahimov (11 iyul, 1981) - "ABB" ASC-nin İdarə Heyətinin sədri,[1] Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin üzvü, [2] Azərbaycan Banklar Assosiasiyası-nın vitse-prezidenti, [3] Əmanətlərin Sığortalanması Fondu-nun Himayəçilik Şurasının üzvü. [4]

Abbas İbrahimov
bayraq
ABB-nin İdarə Heyətinin Sədri
Vəzifədədir
2018, dekabr
bayraq
ABB-nin İdarə Heyətinin Sədrinin birinci müavini
2017, yanvar – 2018, dekabr
Şəxsi məlumatlar
Doğum tarixi (43 yaş)
Təhsili Ankara Universiteti
İstanbul Texniki Universiteti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abbas İbrahimov 1981-ci ildə Bakı şəhərində anadan olub.

1994-1999-cu illərdə Anadolu Türk litseyində təhsil alıb. [5] 2003-cü ildə Ankara Universitetində Biznes iqtisadiyyatı ixtisası üzrə bakalavr, 2005-ci ildə İstanbul Texniki Universitetində İqtisadçı-menecer ixtisası üzrə MBA dərəcəsi alıb.[6]

Abbas İbrahimov bank-maliyyə sektorunda fəaliyyətə 2005-ci ildə “Bank of Baku” ASC-də Tədqiqat və inkişaf departamentinin mütəxəssisi kimi başlayıb. Ayrı-ayrı vaxtlarda Ödəniş kartları bölməsinin rəhbəri, Məhsulların yaradılması və idarə edilməsi departamentinin direktoru, Bankın İdarə Heyəti sədrinin müavini olub.[5] 2015-2016-ci illərdə “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri olub.[7] 2017-cı ildə "ABB" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.[8] 2018-ci ilin dekabrından "ABB" ASC-nin İdarə Heyətinin sədridir.[1]

  1. 1 2 "Chairman of International Bank of Azerbaijan appointed". azernews.az (az.). 26 dekabr 2018. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2023.
  2. "Presidium of ASK". ask.org.az (az.). 16 yanvar 2017. 2023-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2023.
  3. "ABA Rəyasət Heyəti". aba.az (az.). 16 yanvar 2017. 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2023.
  4. "Himayəçilik Şurası". adif.az (az.). 16 yanvar 2017. 2023-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2023.
  5. 1 2 "Abbas İbrahimov kimdir?". banco.az (az.). 25 dekabr 2018. İstifadə tarixi: 7 aprel 2023.
  6. "Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin 1-ci müavini təyin edilib". trend.az (az.). 16 yanvar 2017. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2023.
  7. "Bank of Baku Appoints New Chairman of Board". turan.az (az.). 16 yanvar 2017. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2023.
  8. "Abbas İbrahimov ABB-nın İdarə Heyəti sədrinin 1-cü müavini oldu". fed.az (az.). 16 yanvar 2017. 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2023.