Abbas Allahverdi oğlu Əhmədov, musiqi ləqəbi Abbas Əhməd (25 dekabr 1960, Moskva) — Azərbaycan ballada müğənnisi. 1990-cı illərin əvvəlində "Ürəyim yanar" adlı mahnıyla məşhurlaşdı.
Abbas Əhməd | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1960 (64 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
1960-cı ildə Rusiyada doğulub, amma əsili Şamaxıdandır.[1] Rusiyada məktəbə getmişdir.[1] Dördüncü sinifdə oxuyanda bir müddətə Bakıya köçdü.[1]
1989-cu ildə "Qızıl payız" mahnı müsabiqəsində birinci yeri tutdu.[1] 1988-ci ildən 2002-ci ilə qədər "Qaya" musiqi qrupunda işləmişdir.[1] 1992-ci ildə "Ürəyim yanar" mahnısını Elçin Mirzəbəylinin sözlərinə yazdı. Mahnını həyat yoldaşıma həsr etdi.[1] 2003-cü ildən Rusiyada yaşayır, Moskvadan 15–20 kilometr kənarda.[2] Bacısı, qardaşı və anasl isə Bakıda yaşayırlar. Rus, italyan və bir neçə başqa dillərdə də oxuyur.[3]
İki dəfə evlənmişdir. Birinci nikahdan bir oğlu var. İkinci həyat yoldaşıyla 22 ildən çox evlidir, o nikahdan övladı yoxdur.[1]