Abbas Aydın oğlu Abbasov (4 avqust 1949, Kirovabad) — Azərbaycan Respublikası Baş nazirinin birinci müavini (1992–2006).[1]
Abbas Abbasov | |
---|---|
1992 – 2006 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 avqust 1949 (75 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olmuşdur.
1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Həmin il respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlamışdır. 1972–1973-cü illərdə hərbi xidmətdə olmuşdur.
1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979–1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983–1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990–1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləmişdir.
1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir.
Hazırda "AST Şirkətlər Qrupu" nun vitse-prezidenti və Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir. 1990–1995-ci ildən Azərbaycan Respublikasının xalq deputatı olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 19 may 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərinə görə Abbas Aydın oğlu Abbasov "İstiqlal" ordeni ilə təltif edilmişdir.
Ailəlidir, 4 övladı var.