Abbas Göyçə

Abbas Göyçə (türk. Abbas Gökçe; 1927, Qars, Qars ili20 dekabr 2014, Qars, Qars ili) — İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin Ağsaqqallar Şurasının sədri[1]

Abbas Göyçə
Şəxsi məlumatlar
Doğum tarixi 1927
Doğum yeri
Vəfat tarixi 20 dekabr 2014(2014-12-20)
Vəfat yeri
Dəfn yeri

Abbas Göyçə 1927-ci ildə Qarsın Arpaçay ilçəsinin Meydancıq kəndində anadan olub. Ayvazoğlu Hacının nəvəsi və Qars tacirlərindən olan Əthəm Göyçənin oğludur[2]. Bunlar əslən Qərbi Azərbaycanın Göyçə mahalının Kəvər rayonunun Abbasgölü kəndindəndirlər[3]. Abbas Göyçə orta və lisey təhsilini Qarsda, ali təhsilini Ankara Universitetinin hüquq fakültəsində almış, 1954-cü ildə universiteti bitirmişdir.

1954–1959-cu illərdə hüquqşünas kimi çalışmışdır. 1959–1965-ci illərdə ErçisOnyedə məhkəmə hakimi, 1965-ci ildən Daniştayda yardımçı və baş yardımçı vəzifələri tutmuş, 1981-ci ildə Qarsdan millət vəkili seçilmişdir. Türkiyə Böyük Millət Məclisində Anayasa komissiyasının üzvü olmuşdur. Hüquq nəzəriyyəsinə dair bir sıra elmi əsərlərin müəllifidir. Türkiyə ictimaiyyəti Abbas Göyçəni həm də ünlü şair kimi tanıyır.[3]

20 dekabr 2014-cü ildə Türkiyədə müalicə olunduğu özəl xəstəxanada 87 yaşında vəfat etmişdir.[4]

  1. azertag.com. "Jurnalistlər arasında "Qafqaz İslam Ordusu - 95" mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar" (az.). topnews.az. 14.09.2013 19:00. 2014-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-22.
  2. "Hocalı Soykırımı Ve Ermeni Vahşeti - Abbas GÖKÇE" (türk). turansesi.com. 11 Mayıs 2013, Cumartesi 23:26:31. 2014-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-22.
  3. 1 2 Salman Vilayətoğlu, "Oğuz elinin müqəddəs ocağı Göyçə", Bakı, "TS", 2006. səh. 117–118.
  4. "1982 Anayasası'nın mimarlarından Abbas Gökçe vefat etti" (türk). trthaber.com. 20 Aralık 2014 Cumartesi 22:09. 2014-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-24.