Kəvər rayonu, Yeni Bəyazid rayonu, Kamo rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) (İrəvan xanlığınınGöyçə mahalının indi Ermənistanın Kamo rayonu ərazisində rayon. Mərkəzi Kəvər şəhəridir.[1]
Rayon | |
Kəvər rayonu | |
---|---|
İnzibati mərkəz | Kəvər |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 09.09.1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi |
|
1930-cu il, sentyabrın 9-da yaradılıb. 1959-cu il aprelin 13-nə qədər Yeni Bəyazid rayonu, həmin tarixdən etibarən isə Kamo rayonu adlandırılıb. Rayon mərkəzi respublika tabeli Kəvər (dəyişdirilmiş adı Kamo) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 98 km-dir. Göyçə yaylasının böyük bir hissəsi Kəvər rayonu ərazisinə düşür. Kəvər rayonunun kəndləri – Ağzıbir, Əyrivəng, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Dəliqardaş, Kərimkənd, Hacı Muxan, Kosa Məmməd, Noradüz Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Kəvər | Yeni Bəyazid | … |
Hacı Muğan | Muğan | … |
Muğan | Dzovazard | 25.01.1978 |
Dəliqardaş | Sarukan | … |
Kosaməmməd | Batıkyan | … |
Qulalı | Karamirkyuğ | 01.06.1940 |
Kərimkənd | Tsaxkaşen | 02.03.1940 |
Küzəcik | Lancaxpyur | 19.04.1950 |
Başkənd | Geharkunik | 04.04.1946 |
Ağzıbir | Lçap | 07.12.1945 |
Yeni Bəyazid | Kamo | 13.04.1959 |
Yeni Bəyazid rayonu | Kamo rayonu | 13.04.1959 |
Erməni tədqiqatçıları bu toponimin ermənicə qavar — "mahal", "dairə", "nahiyə" sözündən ibarət olduğunu yazmaqda səhv edirlər. Ona görə ki əvvəla, inzibati ərazi bölgüsü vahidini bildirən söz ("ölkə", "əyalət", "mahal", o cümlədən ermənicə "qavar") heç vaxt ayrılıqda yaşayış məntəqə adına çevrilə bilməz; ikincisi, bu məntəqənin XX əsrə qədər əhalisi erkən orta əsrlərdə burada məskunlaşmış xəzərlərin Kəbər tayfasının adının fonetik formasıdır.[2]
1948–1951-i illərdə rayonun azərbaycanlı əhalisinin əksəriyyəti Azərbaycana köçürülmüşdür. 1988-ci ildə qəsəbənin azərbaycanlı əhalisi tamamilə qovulmuşdur. 1829-cu ildə Türkiyədən gəlmiş ermənilər yerləşdikdən sonra ermənicə Nor-Bayazid (1850-ci ildə rusca Novo-Bayazid) adlandırılmışdır.