Salman Vilayətoğlu (azərb. Salmanov Salman Vilayət oğlu; 14 fevral 1962, Əzizli, Basarkeçər rayonu – 30 aprel 2009, Bakı) — publisist[1], jurnalist[2], psixoanalitik, "Dövran" qəzetinin baş redaktoru[3][4], "İntellekt" Araşdırmalar Mərkəzini İctimai Birliyinin direktoru[5].
Salman Vilayətoğlu | |
---|---|
azərb. Salmanov Salman Vilayət oğlu | |
| |
Doğum adı | Salman |
Təxəllüsü | Vilayətoğlu |
Doğum tarixi | 14 fevral 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 30 aprel 2009 (47 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək infarktı |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | dörd |
Atası | Vilayət |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist |
Fəaliyyət illəri | 1985–2009 |
Əsərlərinin dili | Azərbaycan dili |
Janr | publisistika |
salmanvilayatoglu.com |
Salman Vilayətoğlu 1962-ci il fevral ayının 14-də Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində anadan olub. 15 yaşında orta məktəbi, 20 yaşında (1982-ci ildə) isə indiki Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 1982–1983-cü illərdə SSRİ Müdafiə Nazirliyinin Ural Hərbi Dairəsindəki qapalı müəssisələrindən biri olan "Xrompik" İB-nin konstruktor bürosunda çalışıb, 1983–1985-ci illərdə Almaniya Demokratik Respublikasındakı sovet qoşunlarına məxsus hərbi hissələrdən birinin kəşfiyyat vzvoduna rəhbərlik edib, hərbi hissə komsomol komitəsinin katibi kimi fəaliyyət göstərib. 1986-cı ildə Bakı Ali Partiya Məktəbində "İdeoloji kadrlar" kursunun müdavimi olub[6].
Mətbuatda ilk yazısı 1978-ci ildə çap olunub.
1985-ci ildən 1989-cu ilin yanvar ayınadək İrəvanda, Ermənistan SSR Ali Sovetinin və Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetində şöbə müdiri işləyib. 1989-cu ilin yanvarında deportasiya nəticəsində Bakı şəhərinə köçüb, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində çalışıb. O, Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaradılmasının təşəbbüskarlarından biridir. 1990–1992-ci illərdə həmin cəmiyyətin "Təşkilat və hüquq" şöbəsinin müdiri, eyni zamanda, Həmkarlar İttifaqı Komitəsinin sədri olub. 1993-cü ildə köçürmə yolu ilə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə qayıdıb və 1997-ci ilin aprel ayına qədər "Sosioloji tədqiqatlar, müxbirlər və məktublarla iş" şöbəsinə rəhbərlik edib[6].
1997–2000-ci illərdə özünün şəxsi təşəbbüsü ilə nəşr etməyə başladığı müstəqil "Dövran" qəzetinin təsisçisi və baş redaktoru[3] olub. 2000–2004-cü illərdə "Spektr" jurnalının təsisçisi və baş redaktoru kimi fəaliyyət göstərib. 2004-cü ildən "Simurq" Fundamental Araşdırmalar Bürosunun və "Simurq" Milli Mükafat Fondunun rəhbəri, 2007-ci ildən "İntellekt" Araşdırmalar Mərkəzini İctimai Birliyinin direktoru olub[2]. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin icraçı katibi, "Birlik" jurnalının baş redaktoru olub. Son illərdə həmçinin "Kaspi" qəzetində baş redaktorun müavini idi[7].
Salman Vilayətoğlu 30 aprel 2009-cu ildə[3] 47 yaşında dünyasını dəyişib[2]. 1 may 2009-cu ildə Qaraçuxur qəsəbəsindəki məzarlıqda dəfn olunub.
100-ə qədər elmi məqalənin, 1 monoqrafiyanın, 3 kitabın müəllifidir[6].
Azərbaycan, rus, türk dillərini bilirdi[6].
Salman Vilayətoğlu ailəli idi. 4 övladı var.
Salman Vilayətoğlu 2009-cu il aprelin 30-da saat 11:30[3] radələrində ürək tutmasından vəfat edib. Mayın 1-də ATXƏM sədri İlham İsmayılov, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev, ATXƏM sədrinin müavini Akif Kərimov, ATXƏM sədrinin beynəlxalq əlaqələr üzrə müşaviri Güllü Yoloğlu, təşkilatın üzvləri, mərhumun qohumları və dostları onu son mənzilə yola salıblar. Dəfn mərasimində çıxış edənlər onun gözəl insan, yaxşı dost, qayğıkeş ata, Vətənə, millətə bağlı bir insan olduğunu bildiriblər:
"O, həqiqətən də, belə bir insan idi. Bu itki Türk dünyasının birləşməsi yönündə qollarını çirmələyib real işlə məşğul olan bir təşkilata, bu işdə onunla çiyin-çiyinə çalışan vətənpərvərlərimizə, eləcə də Türk dünyasına ağır zərbədir. Bu gün onun aramızdan vaxtsız getməsi qəlblərimizi sızladır. Heç kim bu reallıqla barışa bilmir".
Sonda mərhumun məzarı önünə ATXƏM adından əklil qoyulub[6].
Ədəbi fəaliyyətinə görə Azərbaycan Mətbuat Fondunun Fəxri Fərmanına (1993), "Cəsarətli söz" mükafatına (1994), "İnam" fəxri diplomuna (1998), "Araz" Ali Ədəbi mükafatına layiq görülüb. "Qızıl qələm" mükafatı laureatı idi (2002). İctimai fəallığına görə Moskvada fəaliyyət göstərən "Bəşəri ideallar uğrunda" Beynəlxalq İctimai Fondun xüsusi diplomu və döş nişanı ilə təltif olunmuşdu[6].
2009-cu il mayın 26-da Dünya türklərinin inteqrasiyasi, türk mədəniyyətinin və tarixinin geniş təbliği yönündəki əvəzsiz fəaliyyətinə görə "Birlik" jurnalının baş redaktoru Salman Vilayətoğlu (ölümündən sonra) mükafatlandırılmışdır. Ona təqdim olunacaq mükafat isə oğlu Baycan Salmanoğluna təqdim olunmuşdur[8].