Abbas və Gülgəz (film, 2000)

Abbas və Gülgəz — sənədli-bədii serial. Rejissor Rövşən Almuradlı[1] tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Film Azərbaycantelefilmdə istehsal edilmişdir. Film "Abbas və Gülgəz" dastanı əsasında çəkilmişdir. Dastanı Aşıq Mahmud Qasımoğlu söyləyir.

Abbas və Gülgəz
Janr sənədli
tarixi
Rejissor Rövşən Almuradlı
Ssenari müəllifi Aydın Qurbanoğlu
Operator İzzət Əzizov
Rəssam Nabat Səmədova
İstehsalçı Azərbaycantelefilm (Azərbaycan Televiziyası)
İlk baxış tarixi 2000
Filmin növü sənədli-bədii serial
Müddət 62-80 dəqiqə
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2000
Bölüm sayı 7
Rəng rəngli

Babalarımız tariximizi öncə daşlara köçürüb. Sonra dastanlarda, nağıllarda, ulu törənlərdə, miflərdə, sirli deyimlərdə, xalçalarda, el sənəti nümunələrində qoruyub saxlayıb. Bunların sırasında dastanlar aparıcı yer tutur. Şamanlar, ozanlar, aşıqlar bu dastanları nəsildən nəslə əmanət ötürüb, zaman öz köynəyindən keçirib. Tanrının millətə göndərdiyi ulu kişilərin boyuna biçib, bir boy da ucalıb, gəlib bizim çağlara çatıb bu dastanlar. "Dədə Qorqud", "Koroğlu" sırasında dayanan dastanlarımızdan biri "Abbas və Gülgəz"dir. Soy tariximizə işıq salan, dövlətçilik taleyimizə güzgü tutan monumental bir dastandır "Abbas və Gülgəz". Dastandakı Gülgəz Pəri obrazı Səfəvilər dönəmində Azərbaycanın başkəndi Təbrizin dastan dilində mənəvi qoruyucusudur, hamisidir. Şah bababımızın övladları, nəvələri yaddilli mirzələrdən dərs aldı, yaddaşları kütləşdi. Elin, yurdun başkəndini İsfahana köçürdülər. El bu olayı dastan yaddaşında saxladı. Gülgəz Pərinin, yəni Azərbaycanın iki istəyəni çıxdı ortaya: biri elin təmsilçisi Tufarqanlı Abbas, o biri hökmü yeddi iqlimə işləyən şah oğlu Şah Abbas. Hər iki Abbas türksoyludur...

Film "Abbas və Gülgəz" dastanı əsasında çəkilmişdir. Dastanı Aşıq Mahmud Qasımoğlu söyləyir.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Aydın Qurbanoğlu
Rejissor: Rövşən Almuradlı
Operator: İzzət Əzizov
Rəssam: Nabat Səmədova[2]

  1. "Kompüterin köməyi ilə çəkiləcək ilk film: "Cavad xan"". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.
  2. ""Rəssamlıq Akademiyasında teatr rəssamlığı tədris edilməlidir"". 2017-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.