Abbasqulu (memar)

Abbasqulu (az.-əski. آبباسقولوXVIII əsrXVIII əsr) — XVIII əsr Azərbaycan memarı və nəqqaşı. Abbasqulu Şəki xanları sarayının daxili tərtibatında iştirak etmiş, saraydakı böyük salonun tavanında mürəkkəb kompoziyalı bəzək işləri görmüşdür. Tavanın mərkəzi xonçalarından birinin kitabəsində öz adını orijinal şəkildə həkk etmişdir. "Ustad Abbasqulu" sözləri iki dəfə – sağdan sola və aynada əks olunmuş kimi soldan sağa təkrarlanır.[1]

Abbasqulu
Şəxsi məlumatlar
Doğum tarixi XVIII əsr
Vəfat tarixi XVIII əsr
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Şəki
Əsas tikililəri Şəki xanları sarayının daxili
  1. Аббасгулу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 12.