Abbasqulu xan Cavanşir və ya Abbasqulu Mötamaddövlə Cavanşir (d. 1804, Şuşa, Qarabağ xanlığı — ö. 1862, Qacarlar dövləti) — əslən Qarabağ xanlarının nəslindən olan Qacar imperiyasının dövlət xadimi və ilk ədliyyə naziri. O, bu vəzifədə 1859-cu ildən 1862-ci ilə qədər olmuşdur.[1]
Abbasqulu Mötamaddövlə Cavanşir | |
---|---|
عباسقلی معتمدالدوله جوانشیر | |
| |
Doğum tarixi | 1804-cü ildən sonra |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Qacar imperiyası |
Vətəndaşlığı |
Qarabağ xanlığı Qacarlar dövləti |
Atası | Əbülfət xan Tuti |
Milliyyəti | Azərbaycan türkü |
Dini | Şiə İslamı |
Fəaliyyəti | Qacarların ilk ədliyyə naziri |
Fəaliyyət illəri | 1859-1862 |
O, Şuşada İbrahimxəlil xanın oğlu Əbülfət ağanın ailəsində 1804-cü ildə anadan olmuşdur. O, atasının Qacarlar tərəfinə keçməsindən sonra Abbas Mirzənin adamlarından biri olmuşdur.
Onun ilk vəzifəsi Kaşan canişini olmuşdur. O, bu vəzifəyə Məhəmməd şah Qacar tərəfindən 1835-ci ildə təyin edilmişdir. O, bu vəzifədə Məhəmmədəli mirzə Qovanlı-Qacarın oğlu Təhmasib Mirzəni əvəzləmişdir. O, Bəhman Mirzə Bahauddövlə tərəfindən bu vəzifədə əvəzlənsə də, 1837-ci ildə yenidən bu vəzifəyə qayıtmış və 1841-ci ilə qədər bu vəzifəni icra etmişdir. 1841-ci ildə Kermanın canişini təyin edilmişdir. O, bu vəzifədə Əli xan Qarabağini əvəz etmiş və 1843-cü ilə qədər bu vəzifədə qalmışdır. Kermanda olarkən o, İbrahim xanın himayəsində olan Əbülqasım Qarrusi tərəfindən kölələşdirilən insanlar üçün pul ödəməyə məcbur olmuşdu.[2] Kermandakı canişinliyinin mərhəmətli və bir çox baxımdan yaxşı olduğu bildirilir.[3]
O, imperiya müşaviri Haci Mirzə Ağası Bayat tərəfindən Nəsrəddin Mirzənin hərbi rəhbəri təyin edilmişdir. Bu 1848-ci ilin yanvar ayında baş vermişdir.[4] 1848-ci ilin sentyabrında Nəsrəddin Mirzənin taxta çıxmasından sonra, o, Tehrandakı qoşunların komandanı kimi Ərdəbildə, Meşkinşəhrdə və Qaradağda üsyan qaldıran Əmir Kəbir və Şahsevənlərə qarşı göndərildi.[5] Onu Ərdəbildə Məhəmməd Mirzə Qacar və Qaradağda Qasım Qacar əvəz etdi.
Mirzə Ağa xan Nurinin vəzifədən çıxarılmasından sonra o, Nəsrəddin şah tərəfindən Qacar imperiyasının ilk ədliyyə naziri təyin edildi. Bu hadisə 1859-cu ildə baş vermişdir. Ona "Mötamaddövlə", yəni "dövlətin inamı" titulu verildi. O, imperiyanın müxtəlif yerlərində dünyəvi məhkəmələr qurdu və yerli canişinlərin məhkəmələri öz başlarına idarə etmələrini qadağan etdi. O, 3 ildən sonra vəfat etdikdən sonra onun yerinə oğlu Məhəmməd İbrahim Mötamadəlmülk təyin edildi.[1]