Abdraşit Xakimoviç Abdraxmanov (19 sentyabr 1946, Almatı – 17 may 2019, Almatı) — Sovet, qazax boksçusu, məşqçi və populyar kino aktyoru. Boks üzrə iki qat SSRİ çempionu (1970–1971), beynəlxalq dərəcəli idman ustası adına layiq görülən ilk qazax boksçusu oldu.[1] 1969-cu il SSRİ kubokunun qalibi. Amerika, Avropa, Afrikada keçirilən müxtəlif beynəlxalq boks turnirlərinin qalibi. Qırğızıstanın əməkdar artisti.[2]
Abdraşit Abdraxmanov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 19 sentyabr 1946 |
Doğum yeri | |
Vəfat tarixi | 17 may 2019 (73 yaşında) |
Vəfat yeri |
20 iyun 1946-cı ildə Almatı vilayətində, Alma-Ata şəhərində anadan olub. 1975-ci ildə Qazaxıstan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.[3]. Abdraşit milliyətcə uyğurdur[4][5].17 may 2019-cu ildə Alma-Ata şəhərində dünyasını dəyişib.
Abdraşit idman karyerasını bitirdikdən sonra Qırmızı Bayraqlı Orta Asiya Hərbi Dairəsinin milli komandasını məşq etdirməyə başladı. Komanda o zaman 16-cı yerdə idi. O dağlarda yeni bir təlim metodu sınaqdan keçirdi.[2] Nəticədə komandanın altı boksçusu SSRİ komandasına daxil oldu. Abdraxmanovun tələbələri arasında iki dünya çempionu var: Orzubek Nazarov və Andrey Kurnyavka. Həmçinin SSRİ-nin altı çempionu. Ancaq Sovet İttifaqında eyni zamanda məşqçiliyi və aktyorluğu həyata keçirmək çətin idi. O üzdən məşqçiliyi buraxdı.[1]
1969-cu ildə məşhur qazax rejissoru Şaken Aimanov tərəfindən "Ağ kvadrat" filmindəki boksçu roluna dəvət edildi. Sonradan döyüş, hərbi, dram, tarixi, komediya və s. janrlarda filmlərə çəkildi. 1996-cı ildə "Gün var əsrə bərabər" filminə görə Lüksemburqda Çingiz Aytmatov Beynəlxalq Mükafatına layiq görüldü. Dünya kinosuna verdiyi töhfələrə görə 1996-cı ildə Berlin festivalında Qızıl Kamera mükafatına layiq görülmüşdür.
Qazaxıstan Respublikasında şərq döyüş sənətinin inkişafına böyük töhfə vermişdir. Döyüş sənətinin bir çox növündə görkəmli idmançıların yetişməsində əməyi böyük olmuşdur: boks, uşu-sanda, kik-boks, tay-boks. 20 filmdə rol alıb. Çəkildiyi bəzi filmlər: Çempion (1979) — boks hakimi, Beybars (1989) — epizodik rol, Ermak (1996) — Qedılbek.