Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Abdullah Dağıstani (14 dekabr 1891[1], Dağıstan vilayəti – 30 sentyabr 1973[1], Dəməşq) — türk sufi.
Abdulla Dağıstani | |
---|---|
Doğum tarixi | 14 dekabr 1891[1] |
Doğum yeri | |
Vəfat tarixi | 30 sentyabr 1973[1] (81 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | islamşünas |
Dağıstanın Ganep kazasındaki Kikunu kəndində ( Şeyx Şamil 'in Gimri kəndinə yaxın), həkim ailəsində dünyaya gəlmişdir.[2] Atası həkim, qardaşı isə Rusiya ordusunda ümumi cərrah idi.
1900-cü illərdə kənd əhalisi Osmanlı dövlətinə köç etdilər. Bursada bir il qədər qaldıqdan sonra, Dağıstanlı qaçqınlar ilə birlikdə Güneyköy, Yalova 'ya (köhnə REŞADİYE) daşınıb orada özlərinə yeni bir kənd inşa etdilər.
Mənəvi yolda bir Nakşibendiyye mürşidi olan dayısı Şerafeddin Dağıstaninin şagirdi olmuşdur. Dövründə çox məşhur şəxs idi. 1910-cu ildə Halime xanımla evləndi. 1915-ci ildə Çanaqqalada Osmanlı ordusunda vuruşdu və ağır yaralandı.
1936-cı ildə Şərafəddin Dağıstaninin vəfatından sonra Misirdən başsağlığı istəmək niyyəti ilə Resadiye kəndinə br heyət gəldi. Heyətdəki bir şəxs Abdullah Dağıstaninin qızı ilə nişanlandı və Abdulla əfəndi ailəsi ilə birlikdə Misirə köçdü.
Şeyx Abdullahın qızı boşandıqdan sonra ailəsi ilə birlikdə Suriyaya köçdü. Bir müddət Hələbdə qaldıqdan sonra Xümsə və sonunda Şama, Qasiyuna yerləşdilər.
30 sentyabr 1973-cü ildə Şamda vəfat etdi və Qasiyunda qurulmuş türbədə dəfn edildi.