Abdullah ibn Ümmü Məktum (bilinmir, Məkkə[1] – 636, ərəb. عبد الله بن أم مكتوم) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, peyğəmbərin zövcəsi Xədicənin əmisi oğlu, İslam tarixində ikinci müəzzin ərəb xilafətinin dövlət xadimi və hərbi rəhbəri.
Abdullah ibn Ümmü Məktum | |
---|---|
ərəb. عبد الله بن أم مكتوم | |
Doğum tarixi | bilinmir |
Doğum yeri | |
Vəfat tarixi | 636 |
Fəaliyyəti | Müəzzin |
Məkkədə doğulmuşdur. Qureyş qəbiləsindən oluşdur. Anadan kor döğulmuşdur. Atasının adı Qeys ibn Zeyd, anası isə Atika binti Abdullah idi, sonra ona Ümmü Məktum (korun anası) deyirdilər[2].
Məhəmmədin peyğəmbərlik missiyası başlayandan sonra İslamı ilk qəbul edənlərdən biri olmuşdur. Abdullah ibn Ümmü Məktumun adı “Əbəsə” surəsinin ayələrinin Məhəmməd peyğəmbərə nazil olması ilə bağlıdır. Bir dəfə Peyğəmbər Məkkəli zadəganlara İslamın əsaslarını izah etməyə çalışırdı və bu zaman Abdullah ona Qurandan ayələri oxumaq xahişi ilə yaxınlaşır. Peyğəmbər bundan narazılığını bildirdi, sonra ayələr nazil oldu:
“O qaşqabağını töküb üzünü çevirdi,
Kor adam yanına gəldiyinə görə. Sən haradan bilirsən, bəlkə o (günahlardan) təmizlənəcəkdi. Yaxud öyüd alacaq və bu öyüd ona fayda verəcəkdi. Ancaq (öyüd-nəsihətə) ehtiyac duymayana gəldikdə, Sən ona yönəlirsən. Halbuki sən onun (günahlardan) təmizlənməməsindən məsul deyilsən. Sənin yanına qaça-qaça gələn, Allahdan qorxan kimsəyə gəldikdə, Sən onunla maraqlanmırsan.” |
Dinindən dolayı təqiblərə məruz qalırı, buna görə də digər müsəlmanlarla birlikdə Mədinəyə hicrət etməli olur.
Abdullah Quranı ən yaxşı bilənlərdən biri idi. Musab ibn Umeyr ilə birlikdə Mədinə əhli arasında təbliğat işi aparır. Məhəmməd peyğəmbər Abdullah və Bilalı müəzzin təyin edir. Tez-tez Bilal azan oxuyur, Abdullah isə iqamə verir. Ramazan ayında onlardan biri Mədinə müsəlmanlarını sübh açılmazdan əvvəl son yeməyini yeməyə, digəri isə oruc tutmağa çağırırdı[3].
O, kor olmasına baxmayaraq, müsəlmanlarla müşriklər arasında gedən əsas döyüşlərdə iştirak etmiş, əsgərlərə hər cür köməklik göstərmiş, bayraqdar olmuşdur. Rəvayətə görə, Abdullahla bağlı Nisa (Qadınlar) surəsinin 95-ci ayəsində belə bir açıqlama nazil edilmişdir:
“Möminlərdən – üzürlülər istisna olmaqla – (evdə) oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri (evdə) oturanlardan dərəcə etibarilə üstün etdi. Allah (onların) hamısına ən gözəl nemət vəd etmişdir. Allah mücahidləri (evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir.” |
636-cı ildə müsəlman ordusunun farsları məğlub etdiyi Qadsiyyə döyüşündə bayraqdar kimi iştirak edir. Döyüş zamanı çoxlu sayda müsəlman həlak olur, onların arasında Abdullah ibn Ümmü Məktum da var idi.