Abdullah ibn Üvey

Abdullah ibn Üvey (9/630-cu ildə vəfat etmişdir) — Mədinədə Xəzrəc qəbiləsinin hörmətli insanlarından biri, sonralar isə münafiqlər qruplaşmasının başçısı olmuşdur[2]. Abdullah ibn Übey Mədinənin başçısı olmaq istəmiş, ancaq şəhərdə İslamın yayılması, eləcə də Məhəmməd peyğəmbərin Mədinəyə hicrət etməsi, onun istəklərinin reallaşmasının qarşısını almışdır[2].

Abdullah ibn Üvey
ərəb. عبد الله بن أبي
Doğum tarixi VI əsr
Doğum yeri
Vəfat tarixi fevral 631 və ya 630[1]
Fəaliyyəti qəbilə lideri[d]

Mədinə İslamın dayağına çevrildikdən sonra, Abdullah ibn Übey müsəlman kimi görünsə də gizli İslam düşməni olmuşdur[2]. Onun törətdikləri əməllər Məhəmməd peyğəmbərə və müsəlmanlara qarşı yönəlmişdir[2].

Abdullah ibn Übey Uhud döyüşündə sayı 300-ə yaxın dəstəsini geriyə çəkməklə, müsəlman qoşununu gücdən salmışdır[2]. Bundan sonra o, zaman-zaman müsəlmanların düşmənləri ilə gizli danışıqlar aparmışdır[2]. Onun məqsədi Mədinədə gücünü artırmaq və Məhəmməd peyğəmbəri şəhərdən qovmaq idi [3].

Abdullah ibn Übey peyğəmbər və müsəlmanlar haqqında yalanlar danışaraq, onları pisləmişdir. Ancaq, etdikləri bu pis əməllərə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişdir[3]. Çünki, onun və dəstəsinin müsəlmanlarla mübarizə aparmaq gücləri olmamışdır[3]. Onların Mədinə yaxınlığındakı Quba adlanan yerdə tikdikləri "Dirar" məscidini öz siyasi mərkəzlərinə çevirmək istəkləri də uğursuzluqla nəticələnmişdir[3]. Sonra isə bu məscidi müsəlmanlar dağıtmışlar[3].

Abdullah ibn Übey müsəlmanların Təbuk yürüşündən sonra ölmüşdür[3]. Müsəlmanlara qarşı düşməncəsinə davranmasına baxmayaraq, Məhəmməd peyğəmbər onun cənazəsi üzərində cənazə namazını qıldırmışdır[3]. Ancaq, bundan sonra ölən münafiqlər üçün bu namazın qılınmasını qadağan etmişdir[3][4].

  1. Али-заде А. Абдуллах ибн Убай ибн Салул (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007. С. 22.
  2. 1 2 3 4 5 6 Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 9.  (az.)
  3. 1 2 3 4 5 6 7 8 Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 10.  (az.)
  4. Tövbə9:84