Abdullah ibn Salam

Abdullah ibn Salam (550-ci illər və ya 550, Mədinə[1]643[1] və ya 663, Mədinə) — Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdur[2]. O, Mədinədə doğulmuşdur[2]. İslamı qəbul etməzdən əvvəl o, Yəhudi kahini olmuşdur. O dövrdə onun adı Hüseyn ibn Salam olmuşdur[2]. O, sonuncu peyğəmbərin gələcəyinə inanmışdır[2]. Məhəmməd peyğəmbər haqqında insanlardan eşitsə də, onunla tanış olmamışdır[2]. Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra, Hüseyn onun yanına gəlmiş və onun simasında əski yəhudi mənbələrində gəlişi gözlənilən sonuncu Tanrı elçisini tanımışdır[2]. Bundan sonra o, İslamı qəbul etmiş və Məhəmməd peyğəmbər də onu Abdullah ibn Salam adlandırmışdır[2].

Abdullah ibn Salam
ərəb. صحابي رسول الله عبد الله بن سلام
Doğum tarixi 550-ci illər və ya 550
Doğum yeri
Vəfat tarixi 643[1] və ya 663
Vəfat yeri
Fəaliyyəti keşiş, ilahiyyatçı, müfəssir, Səhabə

Abdullah ibn Salam yazıb-oxumağı bacarmış, həyatı boyu dini elmlərlə məşğul olmuşdur. Ondan bir neçə hədis də rəvayət edilmişdir. Xəlifə Əbu Bəkrin xəlifəliyi dövründə, İslamdan çıxan ərəb qəbilələrinə qarşı aparılan savaşlarda (riddət II) iştirak etmişdir[2].

  1. 1 2 3 4 Али-заде А. Абдуллах ибн Салам (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
  2. 1 2 3 4 5 6 7 8 Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 9.  (az.)