Abdullah paşa (Məmlük)

Abdullah Paşa (ərəb. عبد الله باشا‎, osman. عبد الله پاشا; v. 1777, Bağdad, Bağdad əyaləti[d]) — Osmanlı Paşası, İraq Məmlük sülaləsi, Bağdad Paşalıq hökmdarı (1776–1777).

Abdullah Paşa
عبد الله پاشا
1776 – 1777
ƏvvəlkiMustafa Paşa
SonrakıHəsən Paşa Kərküklü
Şəxsi məlumatlar
Vəfat tarixi 1777
Vəfat yeri

Abdullah Paşa tayfa olaraq bir Məmlüküydü. 1776-cı ilə qədər Diyarbəkir valisi vəzifəsindəydi. 1776-cı ildə Osmanlı sultanı I Əbdülhəmid Abdullah Paşaya, eləcə də Mosul valisi Süleyman Paşa və Ər-Rəqqə valisi Mustafa Paşaya Bağdad valisi Ömər Paşanı vəzifəsindən atılması üçün əmr etdi. Osmanlı qoşunları Bağdadı mühasirəyə aldılar və Ömər Paşa Bağdaddan qaçanda öldü. Bundan sonra Mustafa Paşa Bağdadın Paşalığına təyin oldu. O uzun müddət bu vəzifədə qala bilmədi. Mustafa paşanın doqquz aylıq hakimiyyətindən sonra Sultan, Abdullah paşaya Mustafa paşanı vəzifəsindən atılmağa əmr etdi[1]. Abdullah Paşa Mustafa paşanı tutub 1776-cı ildə Diyarbəkirdə edam etdi[1]. Abdullah Paşa Bağdad Paşalığına təyin oldu, lakin rəhbərliyi qısa müddət davam etdi və sonradan 1777-ci ildə varissiz qalaraq öldü. Bağdadı idarə etmək hüququ uğrunda iki namizəd — Məhəmməd Əl-Əcəmiİsmayıl ağa[1] mübarizə apardılar. Bağdadda hakimiyyət uğrunda mübarizə beş aydan çox sürdü[1]. Sonunda İstanbuldan gələn Həsən Paşa sultan tərəfindən Bağdad Paşalıq hükmüylə İraq valisi oldu[1].

  1. 1 2 3 4 5 علي الوردي — ص

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Abdullah paşa (Məmlük)
Doğum: bilinmir Vəfat: 1777
Hakimiyyət titulları
Sələfləri 
Mustafa Paşa
Osmanlı İmperiyasında Paşalıq
1776-1777
Xələfləri 
Həsən Paşa Kərküklü