Abdullax İqebayev

Abdullax İqebayev (başq. Абдулхаҡ Хажмөхәмәт улы Игебаев 2 iyul 1930, Kusəy, Başqırd MSSR27 sentyabr 2016, Ufa) — Başqırd Sovet şairi və nəsr yazıçısı, Başqırdıstan Respublikasının xalq şairi. Salavat Yulaev adına Respublika Mükafatı laureatı (1991).

Abdullax İqebayev
başq. Абдулхаҡ Хажмөхәмәт улы Игебаев
Doğum tarixi 2 iyul 1930(1930-07-02)
Doğum yeri
Vəfat tarixi 27 sentyabr 2016(2016-09-27) (86 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti şair, yazıçı

Kusəy kəndində (indiki Başqırdıstanın Baymak rayonu) kəndli ailəsində anadan olub. Erkən yaşlarında yetim qaldığından, yetimxanada böyüməli olur.

1946-cı ildə Temyasov Pedaqoji Kollecini, 1950-ci ildə isə Başqırdıstan Dövlət Universiteti bitirir.

1950-1969-cu illərdə "Sovet Başqırdıstanı" qəzeti (Başqırdıstan), Qızıl Tan və Ağidel jurnalının ədəbi işçisi olur.

1969-1971-ci illərdə SSRİ Yazıçılar Birliyində Ali ədəbi kurslarda oxuyur.

1971-1990 - "Ağidel" jurnalının şeir şöbəsinin müdiri təyin olunur.

Qızı Faniya İqebayeva - Başqırdıstan Dövlət Aqrar Universitetinin fəlsəfə, sosiologiya və pedaqogika kafedrasının dosenti. "Sosiologiya", "Politologiya", "İşgüzar ünsiyyət" üzrə təlim kurslarında mərzələrlə çıxış etməsi ilə tanınır. Dörd kollektiv monoqrafiyanın. 160 elmi və tədris işinin, həmçinin iki elektron dərsliyin müəllifidir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İlk şeirlər toplusunu 1948-ci ildə nəşr etdirmişdir. "İrendekdən olan berkut" (Böyük Vətən Müharibəsində həlak olan həmyerlisi, Sovet İttifaqı Qəhrəmanı Taftizan Minniqulova həsr olunmuş) (1959), "Ana Vətənin fəryadı" (1966-1967), "Uralın səsi" (1969) poemalarının və bəstəkarlar X. Əhmədov, Z.İsmaqilov, R. Salmanov, Ş. Kulborisov, R. Xasanov tərəfindən yazılmış populyar mahnıların sözlərinin müəllifidir.

Abdullax İqebayev 30-dan çox kitabın, o cümlədən "Bacım" (1958), "Akbuzat" (1960), "Mis zıngırov" (1968), "Ağcaqayın nədən ağladı?" (1982), "Mənim donanma xidmətim" (1987), "Qızıl dovşan rəqs edir" (1977) və s. müəllifidir.

Həm də yumoristik və satirik şeirlər yazması ilə fərqlənirdi. Altı cildlik Başqırd ədəbiyyatı tarixinin qurucularından biri olmuşdur.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Q. Salyam adına mükafat (1968) ("Ana torpağın səsi" şeiri üçün)[1]

Başqırd Muxtar Sovet Sosialist Respublikasının əməkdar mədəniyyət işçisi (1980)

Salavat Yulaev adına Respublika mükafatı (1991) ("Deyilməmiş sözlər" şeirlər toplusu üçün)

Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (1991)

B. Valid adına mükafat (1997)

Salavat Yulaev ordeni (2005)

Başqırdıstan Respublikasının xalq şairi (2010)

Baymak şəhərinin və Başqırdıstan Respublikasının Baymak rayonunun fəxri vətəndaşı.

Baymak rayonunun Merəç kəndinin küçələrindən birinə Abdullax İqebayevin adı verilib.

  1. "Игебаев (Игибаев) Абдулхак Хажмухаметович : // Башкирская энциклопедия". 2020-04-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-06-04.