İriçiçəkli abeliya (lat. Abelia × grandiflora) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin abeliya cinsinə aid bitki növü.
İriçiçəkli abeliya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: İriçiçəkli abeliya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Çin, Himalay dağlarında geniş yayılmışdır. Abeliya Qafqazın Qaradəniz sahilində açıq sahədə yaxşı bitir.
Həkim Abel növə Abeliya chinensis anlayışını vermişdir. Hündürlüyü 180 sm-dək olan koldur, budaqları uzun, çox vaxt sallaq, yarpaqları kiçik, üzbəüz oturaq, tünd-yaşıl, enli-lansetvaridir. Nazik, uzun, sallaq zoğları cavan yaşda çəhrayı rəngdə olur. Çiçəkləri ətirli, iri, beş ləçəkli, bitişik, yarpaqların qoltuğundan çıxan salxım çiçək qrupuna yığılmışdır. Çiçəkləri ağ, güclü xoş qoxuludur. Çiçəkləmə vaxtı yazın əvvəlindən yayın axırınadək davam edir.
Günəşli, işıqlı, zəif turşulu çimli, yarpaqlı, torflu, qum və çürüntülü torpaqlarda bitir. Yayda bol suvarılır, mineral və üzvi gübrələr verilir. Nəmişli quma əkilən, uzunluğu 5 sm olan yaşıl qələmlərlə və toxumlarla çoxaldılır.
Mərkəzi Nəbatat Bağında introduksiya olunmuşdur. Azərbaycanda Bakı, Gəncə, Lənkəran və b. şəhər və rayonlarda mədəni şəraitdə becərilir.
Tək və qrup əkinlərində, qazonların ətrafının bəzədilməsində istifadə olunur. Cavan bitkilər gözəl kola çevrilir və həmin yayı çiçəkləyir.