Abid Bayramov

Abid Hacırza oğlu Bayramov (15 aprel 1931, Binə) — 1931-ci il martın 15-də Bakı şəhərində Binədə anadan olmuşdur.

Abid Bayramov
Abid Hacırza oğlu Bayramov
Doğum tarixi 15 aprel 1931(1931-04-15) (93 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası Hacırza Bayramov
Elm sahəsi epidemiya
Elmi dərəcəsi
  • tibb elmləri namizədi[d]
Elmi adı
İş yeri
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Bayramov Abid Hacırza oğlu 1931-ci il martın 15-də Bakı şəhərinin Binə kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra o, 1949-cu ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olur. 1955-ci ildə institutu bitirərək təyinat ilə Tacikistan Respublikasının Leninabad vilayətinin İsfara şəhərinə göndərilir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1960-cı ilin axırlarında A. Bayramov təyinat müddətini başa vuraraq Bakı şəhərinə qayıdır. Azərbaycan Səhiyyə Nazirliyi onu indiki Abşeron əsəb xəstəlikləri sanatoriyasına həkim vəzifəsinə təyin edilir. 1966-cı ildən Azərbaycan Səhiyyə Nazirliyi yanında Elmi Tədqiqat laboratoriyasında elmi işçi kimi fəaliyyətini davam etdirir. 1968-ci ildə alimlik dərəcəsi almaq üçün Leninqrad Toksiologiya Elmi Tədqiqat İnstitutunun aspiranrğturasına daxil olur. 1971-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək tibb elmləri namizədi adını alır.1972-ci ildə doktorluq dissertasiyası medafiə edərək Leninqrad Toksiologiya Elmi Tədqiqat İnstitutunun doktoranturasına daxil olur.1996-cı ildən təqaüddədir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  • Şahbaz Şahbazov(həkim)
  • Nurəddin Hümbətov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. T. Səlimov-Şağani Bakı-2001