Azərbaycan Səhiyyə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə NazirliyiAzərbaycan Respublikası ərazisində əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı.

Səhiyyə Nazirliyi
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Loqonun şəkli
Səhiyyə Nazirliyinin binası, 2011-ci il
Səhiyyə Nazirliyinin binası, 2011-ci il
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yurisdiksiya Azərbaycan Respublikası
Yaradılma tarixi 17 iyun 1918, 16 dekabr 1992
Əvvəlki qurum Azərbaycan SSR Səhiyyə Nazirliyi
Baş qərargah Bakı Bakı
Ünvan Akademik M.Mirqasımov küç. 1A, AZ 1022
Rəhbərlik
Nazir Teymur Musayev
Nazir müavinləri İlqar Qasımov
Rasim İsmayılov
Nadir Zeynalov
Rəsmi saytı sehiyye.gov.az

1918-ci il may ayının 28-də Fətəli Xan Xoyskinin rəhbərliyi ilə Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaradıldı. Cümhuriyyət Hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar oldu. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi.

Nazirliyin 5 əsas şöbəsi – şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri var idi. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, lazımı avadanlıqlar alınmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən iqtisadi-sosial və mədəni həyatda dönüş yaratmaq, bu sahələrdə milli kadrların hazırlığını genişləndirmək məsələsi ön plana çəkilmişdi. Bu məqsədlə bir qrup gənc xarici ölkələrdə təhsil almağa göndərilmişdi. Hökumət əhaliyə tibbi xidməti yaxınlaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərarlar qəbul edilmişdi. Qərarlarda hökumət təzə təşkil etdiyi Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoymuşdu. Onlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımı şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi.

Bununla yanaşı, Azərbaycanda epidemiyalarla mübarizənin gücləndirilməsi, qəzalarda tibbi xidmətin yaxşılaşdırılması onların tibbi kadrlarla və dərmanlarla təmin olunması məsələsi də diqqət mərkəzinə çəkilmişdir. "Azərbaycan" qəzeti 1918-ci ilin sonlarında çıxan saylarından birində yazırdı: "Şəhər tibb –sanitar təşkilatları bu ağır vəziyyətin öhdəsindən gələ bilmir, çünki xəstələr o qədər çoxdur ki, yeni xəstələrin qəbulu dayandırılıb". Azərbaycan Səhiyyə Nazirliyi müalicə müəssisələrinin bərpasına belə çətin şəraitdə başladı. Arxiv sənədlərinin verdiyi məlumata görə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəzalarda 33 xəstəxana fəaliyyət göstərmişdir.

Onların ştatlarında 1 həkim, 2 feldşer, 1 mamaça və 1 çiçək peyvənd edən işçi olmuşdur. Kəndlərdə ambulator xidmətləri pulsuz aparılmışdır. Mövcud kənd xəstəxanalarının və feldşer məntəqələrinin başlıca vəzifələri yoluxucu xəstələrin hospitallaşdırılması, xəstəlik ocaqlarının zərərsizləşdirilməsi olmuşdur. Respublika əhalisinin 75 min nəfərinə cəmi 1 nəfər həkim düşürdü. Respublika parlamenti vəziyyəti nəzərə alaraq, 1920-ci ildə kənd xəstəxanaları şəbəkələrini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul etmiş və bunun üçün 43 milyon 321 min 950 manat pul ayırmışdır. Bu qərara əsasən Bakı quberniyasında 19 xəstəxana, 27 feldşer məntəqəsi, Gəncə quberniyasında 15 xəstəxana, 34 feldşer məntəqəsi, Zaqatala rayonunda 1 xəstəxana, 2 feldşer məntəqəsi açılması nəzərdə tutulmuşdur. Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi-sağlamlıq işinin başlıca cəhətlərindən biridir. Elə bu səbəbdən də həmin dövrdə Səhiyyə Nazirliyinin əczaçılıq şöbəsi dərman preparatlarının alınması öz əlində cəmləşdirmişdi.

Bakıda dövlət apteki və onun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün analitik laboratoriya təşkil olunmuşdur. Səhiyyə tibb-ocaqların dərman preparatları və tibb alətləri ilə vaxtında düzgün təmin etmək məqsədilə mərkəzi anbar təşkil olunmuşdur. Bütün bunlarla yanaşı, Bakıda yeni şəhər ambulatoriyaları, 9 aptek işə başlamış və xəstələrə pulsuz xidmət göstərmişdir. 60-cı illərin sonu, 70-ci illərin əvvəlləri, daha dəqiq desək, Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yarandı. Respublikanın xalq təsərrüfatının bütün sahələrində, elm və təhsildə, incəsənət və mədəniyyətdə, səhiyyə və məişətdə sıçrayışlı bir inkişaf dövrü başladı. Təkcə 1970–1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir.

90-cı illərin əvvəlləri xalqımızın müstəqillik uğrunda mübarizəsinin ilk illərinə xas olan bir sıra çətinliklərlə müşayiət edilsə də, həmin illər vaxtilə Azərbaycan səhiyyəsində qazanılmış nəticələrdən praktikada istifadə edilməsinə yönəlmiş fəal elmi axtarışlarla əlamətdardır. Prezident Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı.

  • Əhaliyə tibbi yardım göstərmək;
  • Sağlamlığın qorunması sahəsində dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;
  • Mülkiyyət formasından asılı olmayaraq, səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri olan tədbirlər görmək;
  • Azərbaycan Respublikası ərazisində dövlət sanitariya-epidemioloji salamatlığına nəzarəti təmin etmək;
  • Analığın və uşaqların mühafizəsi, ailənin planlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;
  • Azərbaycan Respublikası əhalisini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məlumatlarla təmin etmək;
  • Dövlət proqramlarının həyata keçirilməsi məqsədilə tabeliyində olan idarə və müəssisələri, apteklər şəbəkəsini inkişaf etdirmək, icra və maliyyə — təsərrüfat intizamına ciddi riayət olunmasını təmin etmək;
  • Təbabət və əczaçılıq sahələrində elmi tədqiqatları inkişaf etdirmək, onların səmərəliliyini yüksəltmək, elm, texnika və qabaqcıl təcrübədə nailiyyətlər əldə etmək;
  • Təbabət və tibb texnikası sahələrinin formalaşdırılmasını və inkişafını təmin etmək;
  • Tibb təhsili müəssisələrində tibbi və əczaçı kadrların hazırlanmasına rəhbərlik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübi biliklərini və təcrübi vərdişlərini təkmilləşdirmək;tabeliyində olan idarə və müəssisələri ixtisaslı kadrlarla təmin etmək;
  • İqtisadi metodlarla idarəetməni təkmilləşdirmək, səhiyyədə yeni təsərrüfat mexanizmlərini, nazirlik aparatını, yerli səhiyyə orqan və təşkilatının işində mütərəqqi idarəetmə formalarını tətbiq etmək;
  • Səhiyyə obyektlərinin tikintisinə kapital qoyuluşlarından faydalı istifadə etmək və onların səmərəliliyini yüksəltmək;
  • Tabeliyində olan idarə və müəssisələrində çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti təmin etmək;
  • Səhiyyənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik şəraitin, əhalinin sağlamlığı və ölüm vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq və fəaliyyətini təmin etmək;
  • Azərbaycan Respublikası ərazisinə yoluxucu xəstəliklərin gətirilməsi və yayılmasının qarşısını almaq;
  • Daxil olan məktub, ərizə və şikayətləri vaxtında araşdırmaq və müvafiq tədbirlər görmək.

Tabeliyindəki qurumlar

[redaktə | mənbəni redaktə et]

Tibbi tədris müəssisələri

[redaktə | mənbəni redaktə et]
  1. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi
  2. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri
  3. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri
  4. Bakı Şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri
  5. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun filialları
  6. Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər)
  7. Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr
  8. İctimai Səhiyyə və İslahatlar Mərkəzi
  9. Respublika QİÇS-lə Mübarizə Mərkəzi
  10. Ailə planlaması məsləhətxanaları və mərkəzləri
  11. Ailə və nikah məsləhətxanaları
  12. "Tibb" qəzeti
  13. "Azərbaycan Tibb Jurnalı"
  14. Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası
  15. Azərbaycan Təbabəti Muzeyi
  16. Analitik Ekspertiza Mərkəzi,
  17. "Azərtibbtəchizat" Məhdud Məsuliyyətli Cəmiyyəti
  18. Sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri
  19. Bakı Sağlamlıq Mərkəzi
  20. İnformatika və Statistika İdarəsi
  21. Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi
  22. Psixiatrik və narkoloji xidmətlər göstərən tibb müəssisələri
  23. Körpələr evləri
  24. Elmi - Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu
  25. Milli Hemotologiya və Transfuziologiya Mərkəzi
  26. Elmi – Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
  27. Elmi – Tədqiqat Tibbi Bərpa İnstitutu
  28. Elmi – Tədqiqat Pediatriya İnstitutu
  29. Elmi – Tədqiqat Tibbi Profiolaktika İnstitutu
  30. Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzi
  31. Elmi – Tədqiqat Kardiologiya İnstitutu
  32. Elmi - Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]