Abide Pərvin (20 fevral 1954[1], Larkan, Sind əyaləti)[2] — Pakistanlı sufi müsəlman, bəstəkar və musiqiçi. O həm də rəssam və pedaqoqdur. Abide Pərvin Pakistanın ən çox qazanan müğənnilərindən biridir.[3] İfası və musiqisi ona xeyli sayda mükafatlar qazandırmış və o, "Sufi musiqisinin şahzadə"si adlandırılmışdır.
Abide Pərvin | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 fevral 1954[1] (70 yaş) |
Doğum yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | sufi müğənni[d], səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 1973-cü ildən |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Abide Pərvin Larkanda sindli-sufi ailəsində anadan olmuşdur. O atası Ustad Qulam Heydərdən ilk təhsilini almışdır (bu şəxsi bəstəkar Qulam Heydərlə səhv salmayın). O çoxsimli musiqi aləti olan Sitarda, Orqan kimi səslənən klavişli (dilli) nəfəslə çalınan musiqi alətində ifa etməyi bacarırdı. Pərvin ifa etməyə 1970-ci ildə başlamış və dünyada 1990-cı ildə tanınmışdır. 1993-cü ildə Pərvin bütün dünya üzrə qastrol səfərinə çıxmış və Kaliforniyada Buena Parkda ilk beynəlxalq konsertini vermişdir.[4] O bir neçə dəfə kilsələrdə çıxış etmişdir. Pərvin həmçinin Pakistanın populyar musiqili şousu — Coke Studioda iştirak etmişdir. O eyni zamanda Aişə Takianın aparıcısı olduğu Cənubi Asiya şousu olan Sur Kşetra müsabiqəsində Runa Leyla və Aşe Boşle ilə birgə münsif kimi iştirak etmişdir.[5] O müxtəlif hind və Pakistan musiqili realitik şoularında, o cümlədən "Çxote ustad", "STAR Voice of İndia", "Pakistan İdol" müsabiqələrində iştirak edib. Sufi ifaçı müsəlman dünyasının 500 ən nüfuzlu şəxsinin siyahısına daxil edilib. Pərvin auditoriyanı ələ almaq bacarığı ilə "qlobal mistik sufi səfiri" dir. Son illərdə o Pepsi ilə əməkdaşlıq edərək Ramazan ayında dini musiqi ifa edir, o həm də Atif Aslam ilə əməkdaşlıq edir.
Pərvin dünyanın ən ən məşhur mistik ifaçılarından biri hesab edilir. O adətən qəzəllər, klassik, yarıklassik, sufi roku, damri, qavvali, raqa, xyal musiqi, solo janrı, sufi şairlərin repertuarından musiqilər ifa edir.
Pərvin urdu, sind, seraiki, pəncabi, ərəb və fars dillərində musiqi ifa edir.[6][7] O həmçinin Katmandu konsertində Nepal müğənnisi Tara Devinin "Ukali Orali Haruma" adlı nepal dilində olan musiqini də ifa etmişdir. 2017-ci ildə Cənubi Asiya Regional Əməkdaşlıq Assossasiyası tərəfindən "Sülh səfiri" təyin edilmişdir.
Pərvin Rəqs-e Mismil və Tere İşq Naçaya albomundakı Bulleh Şah poeziyasından ifa etdiyi Yaar ko Humne yüksək səsli musiqilərinə görə daha çox tanınır.[8] 2012-ci ildə Pakistanın ikinci yüksək mülki mükafatı- "Hilal-e İmtiyaz" ilə Pakistan prezidenti tərəfindən təltif olunub.[9]
Pərvin Pakistanın Sind vilayətində, Larkanda — Əli Göhərabad məhəlləsində anadan olmuşdur. O ilk musiqi təhsilini Baba Sain adlandırdığı atasından almışdır. Onun şəxsi musiqi məktəbi var idi. O və onun atası sufi müqəddəslərinin məqbərələrində çıxış edirdilər. Pərvinin istedadı onun atasını 2 oğul övladına baxmayaraq məhz onu öz musiqi irsinin davamçısı kimi seçməsinə səbəb olmuşdur. Daha sonra o, Ustad Salamat Əli Xandan dərs almışdır. Pərvin hər zaman xatırlayır ki, onu heç vaxt bu işlə məşğul olmağa sövq etməyiblər. O özü artıq 3 yaşında ilk musiqisini ifa etmişdir.
Pərvin 1970-ci illərin əvvəllərində Drgahda çıxış etməyə başlamışdır. 1973-cü ildə isə Pakistan radiosunda sind dilində Tuhinje Zulfan Jay Band Kamand Widha musiqisini ifa etmişdir. 1977-ci ildə Pakistan radiosunda rəsmi ifaçı kimi təqdim olunmuşdur. Həmin vaxtdan indiyə qədər Pərvin ilk pilləyə qədər irəliləyərək Pakistanın ən yaxşı vokal artisti səviyyəsinə qədər yüksəlmişdir. O ifası ilə sufi musiqisini daha da zənginləşdirmişdir.
Pərvin bütün dünya üzrə qastrollarda olur. Onun 1988-ci ildə Çikaqoda çıxışı Həzrət Əmir Xosrov adına Mədəniyyət və İncəsənət Cəmiyyəti tərəfindən lentə köçürülür. Onun Uemblidə London Konfrans Mərkəzində çıxışı BBC-də canlı şəkildə yayımlanmışdır.
Abide Sultan Raxi, Arif Lohar, Ataulla Xan Esaxelvi ilə birlikdə Zindəgi filmində baş rolda oynamışdır. Bu rolda o məşhur sufi musiqisi olan "Mahi Yar di Qaroli Bhar di" mahnısını ifa etmişdir.
İl | Şou | Rol |
---|---|---|
1980 | Avaz-o-Əndaz | İfaçı |
2009 | Nara-e-Mastana | İfaçı |
2010 | Şotte Ustad | Qulam Əli ilə birlikdə qonaq münsif |
2012 | Sur Kşetra TV Şou | Münsif |
2012 | Şehr-e Zaat | Yaar ko Humne üçün OST müğənnisi |
2012 | Jhalak Dikhhla Jaa | Runa Laila ilə birlikdə xüsusi çıxışçı |
2012 | 1-ci Hum Mükafatları | İfaçı |
2014 | Pakistan Idol TV Şou | qonaq münsif |
2014 | Zee Channel | TV müğənnisi |
2014 | Sama-e-Işq | İfaçı |
İl | Film | Mahnısı |
---|---|---|
2008 | Zill-e-Shah | Sajjan de Haath |
2013 | Işq Xuda | Title Track |
2014 | Hicrət | Announced |
2015 | Raabta | Announced |
2015 | Jaanisaar | Sufiye Ba Safa Manam |
2015 | Bin Roye | Maula Maula |
2017 | Rangreza | Phool Khil Jayein |