Ətirli ağ şam (lat. Abies balsamea) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin ağ şam cinsinə aid bitki növü.
Ətirli ağ şam | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Şöbə: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ətirli ağ şam |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şimali Amerikanın iynəyarpaqlı meşələrində, Kanada və ABŞ-da tundra zonasına qədər bitir, daşlıqlarda isə meşənin yuxarı sərhədlərinə qədər (1500-2500 m) yayılmışdır. Uzunömürlüdür, 150-200 ilə qədər yaşayır. Hündürlüyü 15-25 m, gövdəsinin diametri 50 (70) sm, düz, konusvarı, sıx, çətiri aşağı əyilmiş ağacdır. Cavan ağacların qabığı boz, hamar, çox miqdarda ətirli, qabarıq, sonradan qırmızı-qonur, xırda yarıqlıdır. Cavan zoğları əvvəlcə yaşıl, qısa, düz dayanan tükcüklərlə örtülmüşdür, sonradan qırmızı-qonur olur, çılpaqdır. Tumurcuqları şarşəkilli və ya yumurtavarı, qatranlı, yaşılımtıl, açıq-bənövşəyi çalarlıdır. İynəyarpaqların uzunluğu 15-35 mm, eni 2 mm, üstü tünd-yaşıl, parlaq, ucu kütdür, budaqların üzərində 4-7 il qalır, sürtüldükdə ətirli qoxu verir. Zoğda iynəyarpaqları iki cərgədə yerləşir. Qozaları oavl-silindrik, uzunluğu 5-10 sm, eni 2-2,5 sm, kal halda tünd-bənövşəyi, yetişdikdən sonra boz-qonur rəngdə olur, çox qətranlıdır. Toxum qabıqlarının uzunluğu təxminən 15 mm, eni 17 mm, yuxarı tərəfi yumru, ensiz kiiçk ayaqlıdır, rəngi bənövşəyi çalarlıdır. Küləyə, soyuğa davamlıdır, tez böyüyür. Aşağı budaqları asanlıqla kök atır, ana bitkinin ətrafında böyüyən caavn ağaclar çox effektli qrup yaradır. Meyvə verməyə 20-30 yaşından başlayır. Budaqların budanması bitkinin formasını dəyişir. Xiyaban, qrup və tək əkinlərdə istifadə edilir. Mədəni şəraitdə 1697-ci ildən becərilir. Abşeron]da və Astarada mədəni şəraitdə becərilir.