Abrau gölü

AbrauKrasnodar diyrarının ən böyük şirinsulu gölü. Abrau həm də Qafqazın ən böyük göllərindən biridir. Göl diyarın cənub-qərbində, Abrau yarımadasının alçaq dağlıq ərazisində yerləşir. Gölü Novorossiysk şəhərindən 14 km ayırır. Göl sahilində Abrau kəndi var. Təxmini ölçmələrə görə gölün dərinliyi 10-15 metr arasında dəyişir.[1][2] Abrau gölünün sahəsi təxminən 0,6 - 2,0 km², sutoplayıcı sahə isə — 20,3 km²-dir[3][4][5]

Abrau
adıq Абрагъо
Ümumi məlumatlar
Mütləq hündürlüyü 84 m
Eni 0,94 km
Uzunluğu 2,93 km
Sahəsi 2,0 km²
Dərin yeri ≈10 m
Orta dərinliyi 5,8 m
Yerləşməsi
44°41′ şm. e. 37°35′ ş. u.HGYO
Ölkə  Rusiya
Abrau xəritədə
Abrau
Abrau
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abrau Böyük Qafqazda sahəsinə görə ikinci şirinsulu göldür (ölçüsünə görə ən böyüyü Kezenoyam gölüdür)[6]. Gölün uzunluğu —3100 metr, eni 630 metr, dərinliyi — 10,5 metr, sahəsi isə— 1,6—1,8 km²-dir. Sutoplayıcı sahəsi — 20,3 km². Maksimal dərinlik son yüz ildə 30 emtrdən 10,5 metrə düşüb.[7] Buna səbəb göl sahillərinin eroziyasıdır. Abrau gölü dəniz səviyyəsindən — 84 metr yüksəklikdə yerləşir. Gölü Qara dənizdən ayıran bərzəxin eni 2 km-dir.

Abrau gölünə uzunluğu 5,3 km olan Abrau çayı tökülür. Göl əsasən atmosfer yağıntıları ilə qidalanır. Göldən çay çıxımır[8]. Su hövzəsində bataqlıq bitkiləri demək olar ki, yoxdur.[6]

Gölün yerləşdiyi bölgədə quru aralıqdənizi iqlimi hakimdir Bu gölün hidroqrafiyasında da özünü göstərir. Göldə suyun səviyyəsi əsasən noyabrdan mart ayına kimi yüksək olur. Məhs bu aylarda yağış və sulu qar formasında yağıntı yağır. Yayda suyun səviyyəsi düşür.

Temperatur rejimi

[redaktə | mənbəni redaktə et]

Göl qış aylarında belə donmur. Göl sahillərində suyun ən aşağı orta aylıq temperaturu yanvarda olur +0,2 °C[8]. Aprel ayından göl suyunun temperaturu sürrətlə qalxır. İyulda maksimal orta aylıq temperatur qeydə alınır 24,8 °C. 1954-cü ildə göl suyunun mütləq maksimal temperaturu qeydə alınıb - 29,8 °C.

Meydana gəlməsi

[redaktə | mənbəni redaktə et]

Gölün meydana gəlməsi barəsində müxtəlif fikirlər mövcuddur[7]. Bəzilər ehtimal edir ki, göl karst prosesi nəticəsində formalaşıb. Digəri deyir ki, göl qədim Kimmeri şirinsulu hövzəsinin qalığıdır. Bəzilər isə deyir ki, göl nəhəng sürüşmə nəticəsində meydana gəlib.

  1. Твёрдый А. В. Абрау // Кавказ в именах, названиях, легендах: опыт топонимического словаря. — Краснодар : Платонов И., 2008. — С. 12. — ISBN 978-5-89564-044-9.
  2. Дроздов В. В. Экологические особенности и ресурсы озёр и лиманов Таманского полуострова Краснодарского края. — 2011.
  3. "Запрудные озёра". biofile.ru (rus). 2019-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-27.
  4. Жидков М. П., Лихачёва Э. А. Альпы и Кавказ — эстетика рельефа // Геоморфология. — 2002. — № 3. — С. 61—73.
  5. "Анализ санитарно-гигиенического состояния озера Абрау краснодарского края с целью негативного влияния на водную экосистему". cyberleninka.ru (rus). 2018-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-27.
  6. 1 2 "Запрудные озёра". biofile.ru (rus). 2019-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-27.
  7. 1 2 "Озеро Абрау — описание, фото, карта, расположение на budetinteresno". budetinteresno.info. 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-27.
  8. 1 2 "Комплексное экологическое обследование особо охраняемых природных территорий регионального значения в целях снятия с них статуса особо охраняемой природной территории в связи с утратой ими своей ценности, как природных объектов или вхождением в границы более крупной особо охраняемой природной территории» МО город - Новороссийск" (PDF). www.ewnc.org (rus). 2017-02-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-27.