Paravani gölü

Paravani gölü (gürc. ფარავანი; erm. Փարվանա լիճ) — Gürcüstanda, Cavexeti yaylasında, SamsarQaraağac silsilələrinin arasında yerləşən vulkanik göl.

Paravani gölü
gürc. ფარავანი
Gün batımı
Gün batımı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2.073 m
Sahəsi 37,5 km²
Həcmi 91 milyon
Dərin yeri 3,3 m
Orta dərinliyi 2,2 m
Tökülən çaylar Şaori, Sabadostskali, Radionovskis Tskali
Yerləşməsi
41°27′00″ şm. e. 43°48′00″ ş. u.
Ölkə  Gürcüstan
Əyalət
Paravani gölü xəritədə
Paravani gölü
Paravani gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paravani gölü dəniz səviyyəsindən 2073 metr yüksəklikdə yerləşir. Sahəsi 37,5 km2, drenaj hövzəsinin sahəsi 234 km2-dir. Orta dərinliyi 2,2 metr, ən dərin yeri 3,3 metrdir. Gölün həcmi 91 milyon m3 təşkil edir. Paravani gölünün su səviyyəsi oktyabr-noyabr aylarında aşağı düşür, may-iyun aylarında yüksəlir. Qışda göl donur və üzərini 47-73 sm qalınlığında buz təbəqəsi örtür.[1]

Gölə 3 çay tökülür: Şaori, Sabadostskali və Rodionovskis Tskali çayları. Göl əsasən yeraltı, yağış və qar sularından qidalanır.

Gölün cənub hissəsindən Paravani çayı başlanğıcını götürür və Mtkvari çayı ilə birləşir. Göl əlverişli balıqçılıq yeridir.

Gölün yaxınlığında Şaori qəsri yerləşir.

  1. Apkhazava, I. Ed. Georgian Encyclopedia. Vol. X. Tbilisi, Georgia: 1985.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]