Abxaziya Milli Kitabxanası

İ.V.Papaskiri adına Abxaziya Milli Kitabxanası (abx. И. Гь. Папасқьыр ихьӡ зхыу Амилаҭтә Библиотека)  — Gürcüstanın Abxaziya Muxtar Respublikası ərazisində, Suxumi şəhərində kütləvi kitabxana. Kitabxana 1981-ci ildən Abxaziyanın xalq yazıçısı İvan Georgieviç Papaskirinin adını daşıyır.

İ.V.Papaskiri adına Abxaziya Milli Kitabxanası
abx. И. Гь. Папасқьыр ихьӡ зхыу Амилаҭтә Библиотека
Abxaziya Milli Kitabxanasının binasının xarici görünüşü
Abxaziya Milli Kitabxanasının binasının xarici görünüşü
Ümumi məlumatlar
Ölkə Gürcüstan
Tipi kütləvi kitabxana
Yaradılıb 1921
Ünvan Suxumi Lakoba küçəsi, 111
Fondu
Fondun həcmi 450 min nüsxə
Fondun tərkibi kitablar, jurnallar, qəzetlər, rəsmi nəşrlər, xəritələr və s.
Digər məlumatlar
Direktor Boris Çolariya
İşçi sayı 59
Sayt nla.sukhum.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abxaziya Milli Kitabxanası 15 mart 1921-ci ildə Abxaziya İnqilab Komitəsinin Xalq Təhsili Şöbəsi tərəfindən Suxum Mərkəzi Kitabxanası kimi yaradılmışdır. Elə həmin il martın 29-da Suxumun Svoboda küçəsindəki keçmiş "piskopos evində" oxu zalı açılmışdır. Kitabxananın kitab fondu özəl kitabxanalardan ibarət idi. 1922-ci ildə kitabxana mərkəzi kitab depozitariyasına çevrildi. 1926-cı ildə ona Abxaziya SSR-in bütün kitabxanalarını idarə etməyə başlayan Mərkəzi Şəhər Kitabxanası statusu verildi.[1]

1938-ci ildə Mərkəzi Şəhər Kitabxanası Abxaziya Muxtar Sovet Sosialist Respublikasının Respublika Kitabxanası statusunu aldı[1]

1980-ci ildə kitabxana yeni standart binaya köçdü. 1981-ci ildə kitbxanaya Abxaziyanın ilk xalq yazıçısı, Quliya adına Respublika Mükafatı laureatı İ.G.Papapaskirin adı verildi. 1983-cü ildə kitabxana universal, elmi Respublika kitbxanası statusunu aldı.

1992-1993-cü illərdə Abxaziyada müharibə illərində kitabxananın binası və kitab kolleksiyası döyüş əməliyyatları nəticəsində ciddi zərər gördü. Kitabxana binası demək olar ki, dağıdıldı. Yalnız 90-cı illərin ortalarında bina bərpa edildi. 1998-ci ildə kitabxanaya Milli Kitabxana statusu verildi.[1]

2012-ci ilin avqustundan 2015-ci ilin sentyabrınadək Rusiya Federasiyasından investisiyalar cəlb olunmaqla kitabxana binası əsaslı təmir edilmişdir. Yenilənmiş kitabxananın açılışı 1 iyun 2017-ci ildə baş tutdu.[2][3] Hazırda kitabxanada 307,7 min nüsxə kolleksiyası olan 9 şöbə fəaliyyət göstərir. İ.V.Papaskiri adına Abxaziya Milli Kitabxanası oxuculara müxtəlif elm sahələri üzrə ədəbiyyat təklif edir. Kitabxana Rusiya kitabxanaları ilə geniş kitab mübadiləsi apararaq, müxtəlif dillərdə ədəbiyyat əldə edir.[1]

Abxaziya Milli Kitabxanasında biblioqrafiya, oxucuya xidmət, kitabların bərpası şöbələri mövcuddur. Kitabxanada elektron kataloq və elektron resursların idarə edilməsi kimi yeni şöbələrdə fəaliyyətə başlamışdır. Kitabxana son müasir texnologiyaları tətbiq edir və oxuculara elektron kataloq vasitəsilə istədikləri kitabları çatdırır.[1]

  1. 1 2 3 4 5 "Национальная библиотека им. И. Папаскир". Министерство культуры и охраны историко-культурного наследия Республики Абхазия. 2017-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-28.
  2. "Открытие Национальной библиотеки имени Ивана Папаскир открыта после реконструкции". Министерство культуры и охраны историко-культурного наследия Республики Абхазия. 2017-06-01. 2017-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-28.
  3. Роберт Джопуа. "Нацбиблиотека Абхазии официально открылась". sputnik-abkhazia.ru. Sputnik Аԥсны. 2017-06-01. 2017-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-28.