Abxaz dili – abxazların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Abxaziya Muxtar Respublikasında (faktiki qondarma Abxaziya respublikası) geniş yayılmışdır. Təqribən 100 minə qədər adam bu dildə danışır. İki əsas dialektə bölünür: abjuy və bzıb. Hallanma yoxdur. Ədəbi dil kimi 1862-ci ildə rus qrafikası əsasında abxaz əlifbasının tərtibindən sonra başlamışdır. 1928-ci ildə latın qrafikasına, 1938-ci ildə gürcü qrafikasına, 1954-cü ildə isə rus qrafikasına keçmişdir.
Abxaz dili | |
---|---|
Orijinal adı | Аҧсуа бызшәа, аҧсшәа |
Ölkələr | Abxaziya (Gürcüstan), Türkiyə, Rusiya, İordaniya, Suriya, İraq |
Rəsmi status | Abxaziya |
Danışanların ümumi sayı | 125 min |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
|
|
Yazı | kiril əlifbası (abxaz əlifbası) |
Dil kodları | |
QOST 7.75–97 | абх 010 |
ISO 639-1 | ab |
ISO 639-2 | abk |
ISO 639-3 | abk |
Dilin strukturlarının dünya atlası | abk |
Atlas of the World’s Languages in Danger | 1076 |
Ethnologue | abk |
IETF | ab |
Glottolog | abkh1244 |
Bu dildə olan Vikipediya | |
Vikianbarda əlaqəli mediafayllar |
Dil ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |