Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Acı ağəsmə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Acı ağəsmə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir.
Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür. Sütuncuğun uzunluğu 3 sm-dir.
İstiyə, işığa davamlıdır. Torpağa tələbkar deyildir.
Respublikamızda mədəni şəraitdə becərilir.
Səhiyyədə və səbətlərin hazırlanmasında, yaşıllaşdırmada tək və qrup əkinlərində istifadə olunur.