Acı gölü— Rusiyada, Dağıstan Respublikasında göl.
Acı gölü | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | laqun |
Mütləq hündürlüyü | -23 m |
Sahəsi | 4,8 km² |
Su tutumu | 4 × 1,5 km² |
Dərin yeri | 2 m |
Orta dərinliyi | 1.5 m |
Yerləşməsi | |
42°19′01″ şm. e. 48°05′06″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
Acı gölü Dağıstanın Qayakənd və Dərbənd rayonlarının sərhəddində yerləşir. Ulluçay çayının aşağı axarının şimalında, Xəzər dənizi sahilinə yaxın, ondan 14 km məsafədə yerləşir. Acı gölünün sahəsi 4,8 km², digər mənbələrə görə isə 5,3 və ya 6,7 km²[1] olaraq göstərilir. Gölün ölçüsü 1,5x5 km-dir[2]. Maksimal dərinliyi 2 m-ə çatır, orta dərinliyi 1,5 m-dir. Dəniz səviyyəsindən 23 metr aşağıda yerləşir. Suyun səviyyəsi aşağı düşəndə dənizdən ayrılan laqondur.
2022-ci il martın 26-da Dağıstan Respublikasının başçısı Sergey Məlikov onun xüsusi mühafizə olunan ərazi kimi tanındığını elan edir, çünki onun sakinləri nəsli kəsilməkdə olan heyvan növləri, 30-dan çox qırmızı kitaba alınmış quş və flaminqo növləridir. Göl nadir quş növlərinin, o cümlədən flaminqoların yuva saldığı, köçlərinin dayandığı və qışladığı yerdir[3].