Dərbənd rayonu

Dərbənd rayonuRusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Xəzər dənizinin sahilində yerləşir.

Rusiya rayonu
Dərbənd
Bayraq Gerb
Bayraq Gerb
42°04′09″ şm. e. 48°17′45″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1921
Sahəsi
  • 820,97 km²[2]
Əhalisi
Əhalisi
  • 100.734 nəf. (2024)[3]
Digər
derbrayon.ru
Dərbənd xəritədə
Dərbənd
Dərbənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  • Dərbənd rayonunun ərazisi 821 км² (daha dəqiq 820,97 км²)- dir.[4]
  • Ümumi ərazisinin 32,000 hektarı kənd təsərrüfatına yararlıdır.[4]
  • Rayon 1921-ci ildə təşkil edilmişdir.
  • İnzibati mərkəzi Dərbənd şəhəridir.
  • Rayon ərazisinin şimaldan cənuba uzunluğu 73 km, şərqdən-qərbə eni isə 15 km-30 km-dir.[4]
  • Rayon ərazisi Xəzər dənizi ilə 70 km uzunluğunda sahil xəttinə sahibdir, ərazisinin 60%-i düzənliklərdən, 40%-isə dağətəyi sahələrdən ibarətdir.[4]
  • Rayon ərazisinin 20%-dən çoxu meşələrlə örtülmüşdür.[4]
  • Rayon ərazisindən Rubas, Ulluçay və Darvaq kimi nisbətən iri çaylar və onlarla kiçik çaylar axır.

Rayon ərazisində 2-si qəsəbə, 38-i kənd olmaqla 40 yaşayış məntəqəsi mövcuddur. Ümumi rayon əhalisinin 58,09%-ni, rayonda yerləşən şəhər tipli qəsəbələrdə yaşayan şəhər əhalisinin 11,26%-ni, kəndlərdə yaşayan əhalinin isə 72,14%-ni etnik azərbaycanlılar təşkil edirlər. Rayon əhalisinin 65%-i kənd təsərrüfatında, 20%-i yüngül yeyinti sənayesində, 15%-i isə xidmət sektorunda çalışır.[4] Kənd təsərrüfatında istehsal olunan ümumi məhsulunun içərisində əkinçiliyin xüsusi çəkisi 83%, heyvandarlığın xüsusi çəkisi isə 17% təşkil edir.[4] Yüngül sənaye rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının emalı istiqamətində ixtisaslaşmışdır. Bu tip müəssisələr içərisində şərab istehsalı ilə məşğul olan iri zavodlar istehsalın həcminə görə fərqlənirlər.[4] Rayonda 47 orta məktəb, 16 məktəbəqədər müəssisə, 6 musiqi məktəbi, 1 texniki-peşə məktəbi və 36 kitabxana fəaliyyət göstərməkdədir.[4]

Etnik tərkib (2002 sa.)[5]
Etnik qrup Cəmi Şəhər Kənd
cəmi 86 494 19 958 66 536
azərbaycanlı 50 247 2 248 47 999
ləzgi 16 278 10 707 5 571
tabasaranlı 9 229 2 370 6 859
dargin 6 828 2 806 4 022
ağul 1 848 617 1 231
rus 651 379 272
qumuq 384 259 125
rutul 365 224 141
lak 272 180 92
avar 74 33 41
dağ yəhudisi 24 ... 24
tat 20 ... 20
yəhudi 7 ... 7
noqay 5 2 3
çeçen 4 1 3
saxur 2 2 ...

Yaşayış məntəqələri üzrə

[redaktə | mənbəni redaktə et]
Yaşayış məntəqələri üzrə etnik tərkib, 2017-ci il sa.[6][7]
Adı Əhali Azərbaycanlılar Ləzgilər Tabasaranlılar Dargilər Ağullar Ruslar Qumuqlar
Cəmi 86 494 58.09 % 18.82 %
Belici (qəsəbə) 11 584 90.00 %
Hecux 6 367 72.00 % 8.00 % 15.00 %
Vəlikənd 3 755 100.00 %
Rükəl 3 026 100.00 %
Belici (kənd) 3 011 66.00 % 11.00 % 22.00 %
Bərikəy 2 805 89.00 %
Dəliçoban 2 173 83.00 %
Əğlabi 2 037 40.00 % 57.00 %
Ərəblər 1 785 12.00 % 39.00 % 36.00 %
Bilhədi 610 99.00 %
Andreyevka 319 72.00 %
Vavilovo 230 26.00 % 28.00 % 36.00 %

Bələdiyyələr

[redaktə | mənbəni redaktə et]

Rayon ərazisində 2-si qəsəbə, 27-si kənd bələdiyyəsi olmaqla 29 bələdiyyə yerləşir. 27 kənd bələdiyyəsi 38 kənd yaşayış məntəqəsini əhatə etməkdədir.[8]

  • Qəsəbə bələdiyyələri:
  1. Belici qəsəbə bələdiyyəsi (Belici qəsəbəsi)
  2. Məmmədqala qəsəbə bələdiyyəsi (Məmmədqala qəsəbəsi)
  • Kənd bələdiyyələri:
  1. Əğlabi bələdiyyəsi (Əğlabi kəndi)
  2. Ərəblər bələdiyyəsi (Ərəblər kəndi)
  3. Belici bələdiyyəsi (Belici kəndi)
  4. Bərəkəy bələdiyyəsi (Bərəkəy kəndi, Segelər kəndi)
  5. Vəlikənd bələdiyyəsi (Vəlikənd)
  6. Gecux bələdiyyəsi (Gecux kəndi)
  7. Dəliçoban bələdiyyəsi (Dəliçoban kəndi)
  8. Yuxarı Calğan bələdiyyəsi (Yuxarı Calğan kəndi)
  9. Cəmikənd bələdiyyəsi (Cəmikənd)
  10. Zidyan-Qazmalar bələdiyyəsi (Zidyan-Qazmalar kəndi, Zidyan kəndi)
  11. Qala bələdiyyəsi (Qala kəndi)
  12. Qullar bələdiyəsi (Qullar kəndi)
  13. Mitağı bələdiyyəsi (Mitəhi kəndi)
  14. Mitağı-Qazmalar bələdiyyəsi (Mitəhi-Qazmalar kəndi)
  15. Muğartı bələdiyyəsi (Muğartı kəndi)
  16. Müzayim bələdiyyəsi (Müzayim kəndi)
  17. Nüğdi bələdiyyəsi (Nüğdi kəndi)
  18. Padar bələdiyyəsi (Padar kəndi)
  19. Pervomaysk bələdiyyəsi (Miçurino kəndi, Andreevka kəndi, Yunıy Paxar kəndi, Rıbzavod-51 kəndi)
  20. Rubas bələdiyyəsi (Rubas kəndi, Kommuna kəndi)
  21. Rükəl bələdiyyəsi (Rükəl kəndi)
  22. Sabnova bələdiyyəsi (Sabnova kəndi)
  23. Səlik bələdiyyəsi (Səlik kəndi)
  24. Tatlar bələdiyyəsi (Tatlar kəndi, Qaradağlı kəndi)
  25. Ullu-Tərəkəmə bələdiyyəsi (Ullu-Tərəkəmə kəndi)
  26. Xəzər bələdiyyəsi (Xəzər kəndi, Aşağı Calğan kəndi, Vavilovo kəndi, Düzlər kəndi)
  27. Çinar bələdiyyəsi (Çinar kəndi, Bilhədi kəndi)

Yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]
Yaşayış məntəqələri (2002-ci il s.a.)
Məntəqə[9] Əhalisi[5]
Dərbənd r. 86 494
Belici q. 11 584
Məmmədqala q. 8 374
Hecux k. 6 367
Çinar k. 4 357
Vəlikənd k. 3 755
Xəzər k. 3 490
Sabnova k. 3 361
Rubas k. 3 326
Belici k. 3 011
Bərikəy k. 2 805
Rukel k. 2 682
Cəmikənd k. 2 337
Padar k. 2 120
Dəliçoban k. 2 173
Ağlobi k. 2 037
Səlik k. 1 811
Ərəblər k. 1 785
Nüğdi k. 1 700
Ullu-Tərəkəmə k. 1 308
Tatlar k. 1 208
Qaradağlı k. 779
Yunıy Paxar k. 467
Andreyevka k. 319
Segelər k. 206
  1. 1 2 GEOnet Names Server. 2018.
  2. http://www.gks.ru/dbscripts/munst/munst82/DBInet.cgi?pl=8006001.
  3. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  4. 1 2 3 4 5 6 7 8 9 Правительство РД: Муниципальные районы и городские округа » Список районов » :Дербентский район Arxivləşdirilib 2014-10-11 at the Wayback Machine
  5. 1 2 Ethno-Caucasus, Этнодемография Кавказа: Население Дагестана :Дербентский район (2002 г) Arxivləşdirilib 2022-03-04 at the Wayback Machine+Распределение евреев, горских евреев и татов по по административно-территориальным единицам Республики Дагестан (2002 г.) Arxivləşdirilib 2022-03-04 at the Wayback Machine
  6. web.archive.org/web/20170731141731/http://www.gks.ru/free_doc/doc_2017/bul_dr/mun_obr2017.rar Arxivləşdirilib 2017-07-31 at the Wayback Machine
  7. "Микроданные Всероссийских переписей населения 2002 года. Республика Дагестан". База данных "Этно-языковой состав населённых пунктов России" (rus). lingvarium.org. 2016-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-23.
  8. Официальный сайт Президента Республики Дагестан :Дербентский район. Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine
  9. Официальный сайт Президента Республики Дагестан :Дербентский район Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]