Ac dovşan hücum edir

Ac dovşan hücum edir (ingiliscə orijinal adı: Seeking Justice, Azərbaycan dilində: Ədalət axtarışında) 2011-ci ildə Rocer Donaldsonun rejissorluq etdiyi və Tobey Maguire və Ram Bergman tərəfindən istehsal olunan filmdir. Çəkilişləri Nyu Orleanda aparılmışdır. Rusiyada premyerası 12 yanvar 2012-ci ildə baş tutmuşdur.

Ac dovşan hücum edir
ing. Seeking Justice
Janr müəmma filmi, kriminal triller[d], döyüş filmi, dram filmi
Əsas mövzu qisas[d]
Prodüserlər
Montajçı Cey Kessidi[d]
Distribüter Netflix
İlk baxış tarixi 2 sentyabr 2011, 8 noyabr 2011, 16 mart 2012, 5 aprel 2012[1]
Rəng rəngli
Müddət 105 dəq.
Ölkələr
Dil ingilis dili
IMDb ID 1214962
Çəkiliş yeri Nyu-Orlean

Süjet xətti[redaktə | mənbəni redaktə et]

Baş qəhrəman Nik Cerardın həyat yoldaşı Laura təcavüzə məruz qalır, vəhşicəsinə döyülərək, başından güllə yarası alır. Sağ qalmaq şansı demək olar ki, sıfıra bərabər olsa da, möcüzəvi şəkildə sağ qalır. Həyat yoldaşını zorlayan şəxsin yaxalanmasında hüquq mühafizə orqanları heç bir nəticəyə nail olmadığından, alternativ variantlar axtarır. İş elə gətirir ki, gizli fəaliyyət göstərən və seksual manyakları öz gücləri hesabına cəzalandıran və ya zərərsizləşdirən dəstənin başçılarından biri ilə tanış olur. Həmin qrupun nümayəndəsi cinayətkarı öldürərək, morqa zəng vurur və "Ac dovşan hücum edir" ifadəsini işlədir. Ancaq təcavüzkar heç də təmənnasız olaraq cəzalandırılmayıb. Bunun müqabilində Nik dəstə üçün bir neçə tapşırıq yerinə yetirməlidir. Nik çətin sınaqla üz-üzə qalır. Çünki ona edilən "yaxşılığa" görə, qrupa qarşı kompromat materiallar yığmış jurnalisti öldürməlidir…

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.