AcademyGate

AcademyGateAcademyGate Publishing Azərbaycan və qafqazın alim, tələbə və tədqiqatçılar üçün elmi və akademik materiallar və sənədlər paylaşmaq, elmmetrik göstəricilərin paylaşılması, konfrans, kitab, məqalə və elmi jurnalların arxivləşdirilməsi üçün də uyğun bir elmi indeksləndirmə və xülasələndirmə bazası olaraq nəzərdə tutulmuşdur.

AcademyGate Publishing
URL academygate.org
Tipi Elm naminə
Dilləri Azərbaycan dili, İngilis dili
Açılma tarixi 15.05.2020
Hazırkı statusu qeyri-aktiv
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

AcademyGate 2021-ci ildə qafqazın və türk dilli əsərlərin və akademik jurnalların və elmi konfrans və seminarların vahid bazada yerləşdirilməsi nəzərdə tutulan bir qurum kimi quruldu.

İlk öncə veb sayt bir neçə xüsusiyyətdən başlamış, daha sonra geniş məlumatları ehtiva etməsi nəzərdə tutulmuşdur. Qeyd etmək yerinə düşər ki, platformanın təsisçisi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı dosent Ələddin Məlikovdur.[1]

Yaranması[redaktə | mənbəni redaktə et]

2021-ci ildə kitab, konfrans və jurnal məqalələrini rəqəmsallaşdırmaq və yerləşdirmək üçün bir platformadır. Publishing akademik nəşriyyat xarakteri daşıyır.

AcademyGate Publishing müstəqil beynəlxalq platformadır. Müxtəlif akademik sahələr üzrə kitablar, dərsliklər və sair açıq girişli, onlayn, rəydən keçmiş jurnallar nəşr edir. AcademyGate Publishing dünyanın bir çox aparıcı tədqiqatçılarının daxil olduğu redaksiya heyəti ilə fəaliyyət göstərir. Bütövlükdə 100-dən çox ölkədən olan alimlərlə səmərəli elmi əlaqələr və münasibətlər qurulmuşdur. Bütün nəşrlərimiz ümumdünya elmi ictimaiyyətinin bütün üzvləri üçün maksimum əlçatanlığı təmin etmək məqsədilə CC BY lisenziyası əsasında tam açıqdır.

Funksiyaları[redaktə | mənbəni redaktə et]

AcademyGate Publishing portalının əsas funksiyası budur ki, bu portala qoşulan konfrans və jurnalın illik eigenfaktorunu və impakt faktorunu, ümumilikdə istiand sayını hesablayaraq bunu tələb edən müəssisəyə yaxud müəllifin özünə təqdim etməkdən ibarətdir.

AcademyGate Publishing həm elektron nəşriyyat həm də elektron kitabxana platformasıdır. Onun vasitəsilə kitab (monoqrafiya, dərslik, bədii ədəbiyyat, tərcümələr), jurnallar, konfranslar və sair əsərlər işıq üçü görür.

Elmi nəşrləri[redaktə | mənbəni redaktə et]

AcademyGate Publishing hazırda iki adda akademik elmi jurnalının nəşrini həyata keçirir. Bununla yanaşı kitab, dissertasiya, monoqrafiya və müxtəlif elmi şuraların qərarları ilə nəşrə uyğun görülmüş əsərləri çap edir. Bu barədə jurnalın veb səhifəsində təfsilatlı məlumat verilir.

Metafizika jurnalı[redaktə | mənbəni redaktə et]

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalı 2017-ci ildə təsis edilmiş və 4144 № ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin dövlət qeydiyyatından keçmiş, beynəlxalq indeks p-ISSN 2616-6879 və e-ISSN 2617-751X nömrəsini almış və daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında “Ali Attestasiya Komissiyası”nın tövsiyə etdiyi ictimai və humanitar bölmələr üzrə bir sıra elmi nəşrlər sırasına daxil edilmişdir. Həmçinin Metafizika jurnalı Aərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin qeydiyyatından keçmiş və № 17/C-9964-18 nömrəsilə reysterə daxil edilmişdir. Jurnal rüblük və “OPEN ACCESS” formatındadır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası ilə yanaşı, dünyanın nüfuzlu universitetləri və kitabxanalarına göndərilir. Jurnalın “http://metafizikajurnali.az” web səhifəsi fəaliyyət göstərir və bütün məqalələr veb səhifəyə əlahiddə şəkildə yerləşdirilir. Altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə qəbul edir və məqalənin dilindən asılı olmayaraq, xülasələr üç dildə (Azərbaycan, rus və ingilis) verilir.[2]

Elm Tarixi jurnalı[redaktə | mənbəni redaktə et]

History of Science Journal müxtəlif elmlərin tarixi, formalaşması, təsnifatları və inkişafı sahəsində elmi fəaliyyət və araşdırma aparan beynəlxalq elmi araşdırmalar jurnalıdır. Jurnal 19/09/2018-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində № 4196 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasında "elmlərin tarixi, təsnifi və təsviri" haqqında fənlərarası elmi jurnaldır.

Jurnal öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, öz nizamnaməsini rəhbər tutur və beynəlxalq indekslərin tövsiyələrini nəzərə alır. Jurnalın baş redaktor fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ələddin Məlikovdur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Metafizika jurnalının baş redaktoru". 2018-09-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-17.
  2. "Metafizika jurnalı" "AcademyGate Publishing" platformasında

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]