Duet qrupu 1984-cü ildə yaradılmışdır. 1997-ci illdə onlar Bil və Hilari Klintonun, Holland taxtının vərəsəsi şahzadə Aleksandr Üillem və Niderland Krallığının keçmiş baş naziri Üim Kok-un iştirak etdiyi Marşal planının 50-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış etmişlər.[1] Onların ilk albomu (L’imparfait du Coeur) 1998-ci ildə buraxılmış və 1999-cu ildə İsveç jurnalı Dragspels Nytt tərəfindən həmin ilin ən yaxşı akordeon albomu seçilmişdir.[2] Bununla əlaqədar olaraq Accordéon Mélancolique 2000 və 2003-cü illərin yay aylarında İslandiya v Danimarkadakı bir çox festivalda uğurlu çıxışlar etmişdir.[3] İndiyə qədər qrupun 7 albomu buraxılmışdır. Qurpun musiqisi həm də kitab şəklində çap edilmişdir.
Qrup orjinal bəstələr ifa etməyə davam edir. Qrupun musiqi mənbəyi fransız akkordeon musiqi ən-ənəsindən, fransız musette valsından, italyan və yunanıstan xalq mahnılarından, Antil valsından, İndoneziyanın kronchong musiqisindən, klassik musiqidən, merenj və teks-meks musiqisindən qaynaqlanır. Qrupun yaradıcılığındakı əsas mövzu musiqidə sakit notun rolu üzərinədir.
Musiqilərinin bünövrəsi kimi sakit notu sesli notdan sonra istifade edərək hətta ən sadə musiqi parçalarına belə güclü həyəcan qatır və zatən ritmik olan musiqilərinə əlavə parıltı bəxş edirlər.[4]
J.P.Guran-ın bəstələri musiqidə melodiyanın roluna görə məşhurdur. Musiqinin ifadəliliyi müxtəlif ritmlər arasındaki zaman fərqinin idarə edilməsi və harmoniya vasitəsilə gücləndirilir, hansı ki arxa səs və ya ikinci səs kimi səslənir.
Because There Isn't Any. Johannes Wieland. Juilliard School of Arts tərəfindən tamaşaya çıxarılıb,, New York, ABŞ, 2008.[5]
Petites Histoires.com. Kader Atou. Compagnie Accrorap, Fransa, 2008. Digər ifaçılarla birlikdə Fransa, Niderland Kralliği, ABŞ və Çində də ifa etmişdir.
Resemblance. Rəqqaslar: Melanie Aceto və Claire Jacob-Zysman. Melanie Aceto Contemporary Dance, Neü York, ABŞ, 2006.
EWES. Amaury Lebrun. Compañía Nacional de Danza II tərəfindən ifa edilmişdir. Madrid, İspanya, 2010.[6]
↑(nid.) Ester Kleuver (10 Avqust 2000): 'Opmerkelijk Duo Bezorgt Accordeon Eindelijk Nieuw Imago: Romantische Muziek onder de Euromast,' De Telegraaf, par. 1.